Ötən gün Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Hmemymim aviabazası yaxınlığında qəzaya uğramış An-26 təyyarəsinin göyərtəsində olan 39 hərbçidən biri, general-mayor Vladimir Yermeyev 1990-cı ilin yanvarında Bakıya yeridilən QRU xüsusi təyinatlı dəstələrinin tərkibində olub.
ONN media xəbər verir ki, general Yermeyev Sverdlovskdakı Suvorov hərbi məktəbinin məzunudur. 2012-ci ildə o, əlahiddə Sevastopol Qırmızı ulduzlu motoatıcı briqadasının komandiri təyin edilib.
2016-cı ildə prezident Vladimir Putin ona general-mayor hərbi rütbəsi verib. Putinin bu barədə fərmanı 2016-cı il dekabrı 12-də dərc edilib. Habelə Aleksandr Saverin “Rusiyanın hərbi xüsusi təyinatlıları. QRU-dan olan nəzakətli adamlar” kitabından məlum olur ki, Vladimir Yermeyev xüsusi təyinatlıların tərkibində Əfqanəstanda xidmət edib. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində Gürcüstan, Azərbaycan, o cümlədən Dağlıq Qarabağ və Cənubi Osetiya bölgələrində “konstitusion qaydaların təmin edilməsində” iştirak edib.
Xatırladaq ki, 1990-cı ilin yanvarında SSRİ silahlı qüvvələrinin Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstələri ordu hissələrindən əvvəl Bakıya yeridilib və bir sıra diversiyalar, o cümlədən televiziyanın enerji blokunun partladılması əməliyyatını həyata keçirib. Daha sonra QRU xüsusi təyinatlıları Dağlıq Qarabağ və Ermənistanla sərhəd bölgələrdə də asayişi təmin etmək üçün istifadə olunmuşdu. (Türküstan.info)



Sülhməramlıların yeni rəhbəri Andrey Volkov kimdir?
Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi
Prezident onlara general-leytenant rütbəsi verdi
Putin 5 generalı vəzifəsindən azad etdi
Prezident bu generallarla bağlı SƏRƏNCAM İMZALADI
İlham Əliyev onlara general RÜTBƏSİ VERDİ - SİYAHI
9 general vəzifəsindən AZAD EDİLDİ
Prezident onlara general-mayor rütbəsi verdi - SƏRƏNCAM
Prezident bu şəxslərə general rütbəsi verdi
Nazir müavini təyin edilən Hikmət Mirzəyev- DOSYE
Prezident bu şəxslərə general ali rütbəsi verdi - SƏRƏNCAM
Prezident bu hərbçilərə general-leytenant rütbəsi verdi - Siyahı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 