"Azərbaycan və gürcü xalqları tarixən dost və qardaş olublar. Sevincli və kədərli günlərdə hər zaman bir yerdə, bir-birlərinə arxa və dayaq olublar".
ONN media Report-a istinadən xəbər verir ki, bu fikirlər Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Novruz Bayramı ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubunda yer alıb.
Təbrik məktubunu martın 21-də Marneulidə keçirilən Novruz şənliyində Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze oxuyub.
Məktubda deyilir ki, Novruz bahar bayramı və yeni ilin başlanğıcıdır: "Biz bir ölkənin uşaqlarıyıq. Bizim xalqlarımız, əcdadlarımız daim bir yerdə, çiyin-çiyinə çalışıblar. Sevincli və kədərli günlərdə bir-birlərinə arxa-dayaq olublar. Bu dostluğumuz, qardaşlığımız bu gün də davam edir".
Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirən baş nazir Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluğu da yüksək qiymətləndirərək deyib: "Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır".



Ukrayna səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gürcüstan prezidenti azərbaycanlıları təbrik etdi
Zurabişvili Novruz bayramına görə təəssüfləndi
İlham Əliyev və xanımı Novruz şənliyində
İlham Əliyev Baş naziri təbrik etdi
Serbiya səfirliyi Azərbaycan xalqını təbrik edib
Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib
AB səfiri Azərbaycan xalqını təbrik edib
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Novruz təbriki azərbaycanlıları qəzəbləndirdi - FOTO
İlham Əliyev Qaxariyanı təbrik etdi
Gürcüstanda azərbaycanlı ailələrə bayram sovqatları verilib
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 