Seul məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Li Myun-bakın həbs olunması barədə qərar qəbul edib.
ONN media AZƏRTAC -a istinadla xəbər verir ki, məhkəmə 2008-2013-cü illərdə ölkənin prezidenti olmuş Li Myun-bakı 12 maddə üzrə, o cümlədən korrupsiya, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli hesab edib.
Prokurorlar Li Myun-bakı qanunsuz yollarla ölkənin xüsusi xidmət orqanlarından və fərdi şəxslərdən, ümumilikdə, 11 milyard von (təxminən 10,3 milyon ABŞ dolları) dəyərində rüşvət almaqda ittiham edirlər. Bundan başqa, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, gizli şəkildə sahib olduğu şirkətlər vasitəsilə 35 milyard von qanunsuz gəlir əldə etməkdə, həmin şirkətlərin vergidən yayınmasına şərait yaratmaqda ittiham olunur.
Ötən həftə prokurorlar sözügedən məsələ ilə əlaqədar 76 yaşlı sabiq dövlət başçısını 2 gün ərzində 21 saatdan çox dindiriblər. İddiaları rədd edən sabiq prezident sadəcə Milli Kəşfiyyat Xidmətindən 106 milyon von (100 min dollar) rüşvət aldığını etiraf edib.
Onun cinayətləri təsdiqlənərsə, 45 il müddətinə azadlıqdan məhrum edilə bilər. Li Myun-bak prezident olmazdan əvvəl Seul şəhərinin meri işləyib və “Hyundai” şirkətinin mühəndislik və inşaat bölməsinə rəhbərlik edib.



Falçılara inanan prezident həbs edildi
Bu ölkənin sabiq müdafiə naziri HƏBS EDİLDİ: 5.6 milyon mənimsəyib
Məhkəmə sabiq icra başçısı barəsində QƏRAR VERDİ
Ermənistanda şok ittiham
Eldar Həsənovun müsadirə olunan əmlaklarının SİYAHISI
Məhkəmə Robert Koçaryanı həbsi ilə bağlı QƏRAR VERDİ
Bu ölkənin prezidenti ömürlük həbs cəzası aldı
Sabiq prezident həbs olundu
DTX-nın saxladığı vəzifəli şəxslərin aqibəti necə oldu?
Həbsdə olan sabiq başçının son durumu necədir?
Koçaryanla bağlı SON MƏLUMAT
Koçaryan həbsdə qaldı - Apelyasiya məhkəməsi qərar verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 