Ermənistanda iki hərbçi qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxıb.
Bu barədə Ermənistan mətbuatı xəbər verir. Qeyd edilir ki, onlardan biri Vayotsdzor Qladzor icmasının sakini, müqaviləli hərbçi, 33 yaşlı Vahe Manukyandır.
Vahe Manukyan 2021-ci ilin 12 noyabrından axtarışdadır. Hərbçi həyat yoldaşı ilə telefon danışığı zamanı yoxa çıxıb. Onun itkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi ilə cinayət işi açılıb. Yerli KİV vurğulayıb ki, hərbi polisin belə məlumatları haradan əldə etdiyi, hərbi polis əməkdaşlarının ailəyə hansı əsasla Vahenin fərari kimi qaçması barədə məlumat verməsi məlum deyil, çünki bununla bağlı şahid və müvafiq ifadə yoxdur.

Üstəlik, Vahenin yoxa çıxma şəraiti xüsusən Müdafiə Nazirliyinin onun xidmət müddətinin uzadılması ilə bağlı açıqlaması, habelə digər iddialar fonunda şübhəlidir.
Qeyd edilir ki, eyni mövqedə daha bir əsgər, 19 yaşlı Narek Mkrtçyan da itkin düşüb. Onun barəsində də eyni əsasda cinayət işi başlanıb. Uzun müddət davam edən istintaq zamanı Narekin cinayət işində heç bir şübhəli və digər təqsirləndirilən şəxslər iştirak etməyib, ittiham yalnız itkin düşən hərbçiyə qarşı irəli sürülüb. (report)



Ermənistan 12 gündür iki hərbçini axtarır
Ermənistanda 3 deputat ölkədən qaçdı
MÜƏMMALI OLAY- Rusiyada təyyarə yoxa çıxdı
Ermənistanda hərbçi intihar etdi
Bakıda kişi maşını ilə birgə yoxa çıxdı
Erməni əsgərlərdən BİYABIRÇILIQ- SƏN DEMƏ...
Yasamalda 22 yaşlı qızla 29 yaşlı oğlan yoxa çıxdı – AXTARIŞ BAŞLADI
Restoranın 17 yaşlı ofisiantı yoxa çıxdı - BAKIDA
Gürcüstanda soydaşımız 32 min pulla yoxa çıxdı
Bakıda çörək almağa gedən 15 yaşlı qız yoxa çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 