Ermənistanda bir neçə dəqiqə öncə güclü zəlzələ baş verib.
Erməni mediası 5 baldan çox olan zəlzələnin episentrinin Gümrüyə düşdüyünü yazıb.
Zəlzələ bütün Ermənistanda, o cümlədən Gürcüstan və Azərbaycanın qərb rayonlarında – Qazax, Tovuz, Gəncə, Ağstafa, Şəmkir və s. hiss edilib.
ABŞ Seysmoloji Mərkəzi isə zəlzələnin Ermənistan-Gürcüstan sərhədində, 5,4 bal gücündə baş verdiyini açıqlayıb.
Ermənistan fövqəladə hallar nazirinin müavini Armen Pabuxçyan zəlzələnin saat 22:25-də, Gürcüstan-Ermənistan sərhədində, Gümrüdən 51 km şimal-şərqdə, yerin 10 km dərinliyində qeydə alındığını bildirib. Episentrdə zəlzələ 6-7 bal gücündə olub, ətrafda 5,2 bal gücündə hiss edilib.
Gürcüstan Milli Seysmoloji Mərkəzi isə zəlzələnin 22:26-da baş verdiyini, episentrinin Samsxve-Cavaxetiyə, Sameba kəndinə (Tiflisdən 52 km məsafədə) düşdüyünü, episentrdə zəlzələnin 6,2 bal gücündə olduğunu bildirib. "Ermənistanda 5 bal, Azərbaycanda isə 3,5 bal civarında hiss edilib", - məlumatda qeyd edilib.



SON DƏQİQƏ: Yunanıstanda GÜCLÜ ZƏLZƏLƏ
Ermənistanda zəlzələ oldu
Naxçıvan-Ermənistan sərhədində GÜCLÜ ZƏLZƏLƏ oldu
SON DƏQİQƏ: Ermənistanda güclü zəlzələ oldu
6 bal gücündə ZƏLZƏLƏ OLDU
Gürcüstanda zəlzələ oldu- Azərbaycanda hiss olundu
SON DƏQİQƏ: 7,3 bal gücündə zəlzələ baş verdi, şəhər boşaldıldı
Qonşu ölkədə həyəcanlı anlar yaşandı
4,2 bal gücündə zəlzələ oldu
Türkiyədə zəlzələ - 5 şəhər silkələndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 