Üçüncü dünya müharibəsini teosiyasi düşüncəyə sahib insanlar çıxardacaq. Geosiyasət coğrafiyanın təsiri altında formalaşdığı halda, teosiyasət teoloji – din və inancların təsiri altında formalaşır.
ONN media xəbər verir ki, bu fikirlə Türkiyənin "Yeni Şəfəq" nəşrinin yazarı Kamal Öztürk çıxış edib.
Onun sözlərinə görə, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və İranın qəbul etdiyi siyasi qərarlar teosiyasətdən qaynaqlanır.
"Buna görə də sözügedən dövlətlərin siyasətlərində hər kəsə anlamsız gələn yanaşmalar müşahidə edilir. Din və inancların təsiri altında qalan dövlətlərin dünyanı necə bir xaosa apardığını Suriya, Yəmən, İraq və Misir böhranlarında gördük. İsrailin Qüdsü paytaxt elan etməsi, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, İsrailin yeni məskunlaşma məntəqələri, Qəzza və Colan Təpələrinin işğalı da teosiyasi qərarlardır. Səudiyyə Ərəbistanının Misirdəki hərbi çevrilişi dəstəkləməsi də teosiyasidir", - yazar qeyd edib.
O hesab edir ki, İranın bölgədəki bütün siyasəti, xüsusən Suriya və İraqla bağlı addımları teosiyasi xarakter daşıyır. Yazarın sözlərinə görə, qəbul edilən qərarların teosiyasi olması digər bütün maraqları geridə qoyur.
"Başqa sözlə, iqtisadi və geosiyasi baxımdan ölkəyə zərər verməsinə baxmayaraq, üstün gələn qərar teosiyasi olur. Çünki inancı bilikdən güclüdür", - Kamal Öztürk yekunlaşdırıb.



Polşa Qüdsü İsrailin paytaxtı kimi tanımayacaq
Türkiyə Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını qınayıb
“Qüdslə bağlı qərarı dəyişmək üçün əlimizdən gələni edəcəyik”- ƏRDOĞAN
Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını elan etdi
Türkiyədən xəbərdarlıq: Bu, dinlərarası toqquşmaya səbəb ola bilər
İsrailin İrana hücumunun Rusiyaya təsiri
İsrail işğalçı və terrorçu dövlətdir- ƏRDOĞAN
İsraildən KRİTİK AÇIQLAMA: İran çarəsizdir...
İsrail İrana XƏBƏRDARLIQ ETDİ
Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verdi- FOTO
İrandan DƏHŞƏTLİ HÜCUM: İsrailin gəmisini...
İsrailin ən böyük aeroportu bağlanır
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 