İsrailin Baş naziri Binyamin Netanyahu İranı Oman Körfəzində ölkəsinə məxsus “Helios Ray” gəmisinə hücum etməkdə günahlandırıb. Baş nazir bunu KAN dövlət radiosunun efirində səsləndirib. “Şübhəsiz ki, bu, bir İran əməliyyatı idi. Hər şey aydındır. İran İsrailin əsas düşmənidir və mən bunu dayandırmaqda qətiyyətliyəm”, - “Times of Israel” hökumət başçısının açıqlamasından sitat gətirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden ilə söhbətində Amerika liderini İsrailin İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyinə inandırıb: “İranın müqavilə ilə və ya razılaşmadan nüvə silahları olmayacaq. Bunu da dostum Baydenə dedim”. Qeyd edək ki, ötən həftənin cümə günü İngiltərənin Dəniz Ticarət Təşkilatı Oman Körfəzi sahillərində bir gəmidə partlayış olduğunu açıqlamışdı. “Röyters” dənizin təhlükəsizliyi ilə məşğul olan İngiltərənin “Dryad Global” şirkətinə istinad edərək Səudiyyə Ərəbistanının Dammam limanından Sinqapura yola düşən “Helios Ray” gəmisindən bəhs edildiyini bildirib. Agentliyin məlumatına görə, gəmi Təl-Əvivdə yerləşən bir şirkətə məxsusdur və nəqliyyat vasitələrinin daşınması üçün istifadə olunur.
İrandan DƏHŞƏTLİ HÜCUM: İsrailin gəmisini...



Britaniya faktları təqdim etdi: İran hücum edib!
Baş nazir: "İsrail İranla müharibə etmək istəmir"
İrandan ŞOK İDDİA- İsrail...
İsrail baş naziri ABŞ-a gedir - MÜHÜM MÜZAKİRƏ
Bayden bilir ki, İrana imkan verməyəcəm - Netanyahu
İsraildən KRİTİK AÇIQLAMA: İran çarəsizdir...
İran nüvə silahına sahib olsa… – ABŞ-dan QORXUNC AÇIQLAMA
İran İsrailnən hücuma necə cəsarət etdi?
İrandan Fransaya böyük zərbə
İsrailin İrana hücumunun Rusiyaya təsiri
Hücum etsə, İsraili darmadağın edəcəyik - İRAN
Tramp açıqladı: Tankerlərə İran hücum edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 