Artıq ruslar tərəfindən Rus Silahlı Qüvvələrinin Hərbi Polis bölmələrinin Ermənistanda yerləşdirilməsi barədə bəyanat verilib. Təbii ki, qərarı ruslar verib. Beləliklə, odlu silahlarla silahlanmış bu birləşmələrin Yerevan və Gümrüdə yerləşdirilməsi planlaşdırılır.
Maraqlıdır ki, ermənilər rus hərbi polisinin öz ərazilərində yerləşdirilməsini qanunsuz, heç bir dövlətlərarası razılaşma ilə müəyyən edilmədiyini iddia etsələr də, reallıq budur ki, artıq rus hərbi polisi Gümrü küçələrində sərbəst gəzməyə başlayıblar. Qeyd edək ki, Rusiyanın belə bir addımı ermənilər tərəfindən o qədər də müsbət hal kimi qarşılanmayıb. Ermənistan səlahiyyətliləri Rusiya ilə 1997-ci ildə imzalanmış və 2002-ci ildə qüvvəyə minən «qarşılıqlı hüquqi yardım haqqında » sazişi əsəas gətirərək, burada Rusiya əsgəri bazası daxilində hərbi polisin yaradılması barədə heç bir müddəa olmadığını göstərirlər.
Ermənistanda fəaliyyət göstərən QHT-lər də Rusiya Silahlı Qüvvələrinin hərbi polisinin Ermənistan Respublikasının ərazisində hərəkət etmək səlahiyyətinə malik olmaması barədə bəyanatlar verirlər.
Onlar da 2000-ci ildə qüvvəyə minən sazişi əsas kimi göstərirlər. Belə ki, həmin sazişdə də Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi polisinin Ermənistanda patrul xidməti kimi fəaliyyət göstərməsi öz əksini tapmayıb. Ermənistan tərəfi İrəvan və Gümrüdə fəaliyyət göstərəcək hərbi patrul xidməti əməkdaşlarının odlu silahla silahlanmasını da, 1997-ci ildə iki dövlət arasında imzalanmış sazişə uyğun olmadığı üçün qanunsuz hesab edirlər.
Sabiq erməni deputat Erdjanik Abqaryan bu məsələ ilə bağlı «1in.am» saytına danışarkən, Ermənistandakı Rusiya bazası nəzdində hərbi polisin yaradılması təşəbbüsünün hərbi bölgələrdən birinin qərargahı tərəfindən irəli sürüldüyünü bildirib. Onun sözlərinə görə, guya, nə Rusiya hökuməti, nə də Rusiyanın Müdafiə Nazirliyi bu barədə məlumatsızdır. Sabiq deputat «Ermənistan-Rusiya dövlətlərarası münasibətlərinin artıq bundan sonra mövcud olmadığını» dilə gətirməklə, əmrin qarşı tərəfin səlahiyyətlilərindən gəldiyini etiraf etmiş olur: «Bu, Rusiyanın ermənilərə qarşı nümayiş etdirdiyi saymazlığın təzahürüdür. Bu şəraitdə, növbəti alçaldıcı addımın qanuniliyi barədə danışmaq, onu yumşaltmaq absurddur».
Rusiyanın qısa vaxtda hərbi polislə bağlı belə bir addım atmasına Abqaryan erməni xisləti ilə əsaslandırmağa çalışmaqdan da çəkinmir. Bununla bağlı ətraflı söhbətdən uzaqlaşmaq istədiyini bildirən sabiq deputat Rusiyanın bu adımının 2 il əvvəlki aprel hadisələrinin elementlərini ehtiva etdiyini bildirir. Onun fikrincə, bu gün Ermənistanda gündəmdə qalıcı problemdən biri də, ermənilərin miqrasiyasıdır:” Məlumdur ki, ermənilərin əksəriyyəti Rusiyaya üz tuturlar. Bizim son müşahidələrimizə görə, ruslar da bu istiqamətdə çox maraqlıdırlar. Belə ki, bu gün onların əsas devizlərindən biri «Rusiyaya ermənilərsiz Ermənistan lazımdır» devizidir. Bu gün paralel olaraq artıq rusların Ermənistana miqrasiyasının şahidi olmağa başlamışıq».
Ağasəf Babayev
Palitra



Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR
Qarabağda ölən sülhməramlıların sayı açıqlandı
Ermənistanda rusiyalı hərbçi ÖLÜ TAPILDI
Sülhməramlıların ölümü ilə bağlı istintaq aparılır
Rus hərbçiləri ABŞ bazasını nəzarətə götürdü
Bu ölkə Rusiya hərbi bazasından imtina etdi
Ermənistan Rusiya ilə birgə hərbi təlimlərə başladı
Ermənistanda Rusiya bazasına hücum olundu
Rus hərbçiləri Ermənistanda itkin düşdü
İrəvanda küçə müharibəsinə hazırlıq: Nikola bunu bağışlamadılar
Rusiya Belarusa S-400 raketləri və döyüş təyyarələri göndərir
Rus ordusunun pilotları Ermənistanda təlim keçirib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 