Vladimir Putin: "Vəziyyət getdikcə xaotik hal alır"
Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampa cavab verib.
ONN media xəbər verir ki, Rusiya prezidenti vəziyyətin son dərəcə təhlükəli olduğunu deyib və sağlam düşüncənin qalib gələcəyinə inandığını qeyd edib.
Vladimir Putin 17 ölkənin səfirinin etimadnaməsini qəbul edərkən Suriyada yaşanan son hadisələrə, eləcə də ABŞ-ın son bəyanatlarına toxunub. Dövlət başçısı bildirib ki, dünyadakı vəziyyət son dərəcə təhlükəli hal alır: "Vəziyyət getdikcə xaotik hal alır. Amma biz yenə də ümid edirik ki, sağlam düşüncə qalib gələcək, beynəlxalq münasibət konstruktiv məcraya yönələcək, bütün dünya sistemi daha stabil və proqnozlaşdırılan olacaq".
Rusiya prezidenti ölkəsinin bundan sonra da qlobal və regional təhlükəsizliyin tərəfdaşı kimi çıxış edəcəyini vurğulayıb: "Biz bundan sonra da beynəlxalq öhdəliklərimizə sadiq qalacağıq. Rusiya bütü ölkələrlə siyasi dialoqu gücləndirmək, ticari və iqtisadi əlaqələri genişləndirmək yolunu tutacaq".
ABŞ prezidenti Donald Trampın bəyanatlarını Twitter vasitəsi ilə verməsinə Kremldən rəsmi münasibət bildirilib. Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın Twitter diplomatiyası aparmadığını bəyan edib: "Daha ciddi yanaşmanın tərəfdarıyıq. Əvvəlki kimi o fikirdəyik ki, çox həssas vəziyyətə ziyan verə biləcək addımlardan qaçmaq lazımdır".
Xatırladaq ki, Donald Tramp bu gün Twitter-də açıqlama ilə çıxış edərək Rusiyanı hədələyib: "Rusiya, hazırlaş! Raketlər gəlir".



Dünyanın taleyi ABŞ və Rusiyadan asılıdır - Putin mesaj göndərdi
Vəziyyət getdikcə gərginləşir… - Putin
Rusiya Trampa niyə kömək etmədi? - Putindən CAVAB
Putin: "Söhbət çox konstruktiv oldu"
Putin yenə SSRİ-dən DANIŞDI
Putin Əliyevi təbrik etdi
Putin Paşinyana ZƏNG ETDİ
Putin Ərdoğana dedi ki, biz buna hazırıq - Kreml
Putin hərbi vəziyyət elan etdi
Putin ilə Lukaşenkonun görüşü başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 