“Suriyadakı vətəndaş müharibəsi ABŞ və Avropa İttifaqının istədiyi kimi getmir. Gözləntiləri heç reallaşmadı. Yaxın Şərq ilə əlaqədar uzunmüddətli planları da suya düşdü”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin “Haber7” saytında professor Ara Atun yazıb.
Onun sözlərinə görə, Türkiyə-Rusiya-İran ittifaqı ABŞ və Avropa İttifaqının qısa və uzunmüddətli bütün planlarını pozub.
“Rusiyanın texnoloji üstünlüyü, Türkiyə ordusunun inanılmaz müvəffəqiyyəti, İranın qərarlılığı Amerika və avropalıları ciddi düşündürür. Dollarla neft satmayacağını açıqlayan Səddam Hüseyn başqalarına pis nümunə olmaması üçün devrildi və darmadağın olan bir İraqı buraxaraq geri çəkildi. Eyni şəkildə dollarla neft satmayacaqlarını açıqlayan Venesuella lideri Huqo Çaves və Liviya lideri Müəmmər Qəddafi də eyni aqibətlə üzləşdilər. İndi isə Türkiyə və ABŞ-ın maraqları güclü şəkildə ziddiyyət təşkil edir. ABŞ-ın regional mənfəətləri Türkiyəni parçalayaraq torpaq qopardıqdan sonra bölgədə İran, İraq və Suriyadan da ərazi qopararaq bir kürd dövləti qurmaqdan keçirsə, Türkiyənin mənfəəti da “Misaki Milli”nin hüquqlarını qorumaq və ərazi bütövlüyünü toxunulmaz saxlamaqdır”, - o qeyd edib.
Ara Atun qeyd edir ki, ABŞ-ın Türkiyəni bölmə və torpaq qoparma fəaliyyəti hələ 1975-ci il tarixində ASALA (Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu) ilə başlayıb:
“Kiprin yunan rəhbərliyi, xüsusilə də parlament sədri Vassos Lissaridisin dövründə ASALA-ya Kipr adasında düşərgə verməsi ilə pik nöqtəsinə çatan ASALA-nın fəaliyyəti 1985-ci ildə Türkiyənin zərbələri ilə başa çatdı. ABŞ-ın dəstəyi ilə 1978-ci il noyabrın 27-də rəsmən qurulan və 1979-cu il iyulun 30-da ilk qanlı aksiyasını həyata keçirən PKK 1980-ci il sentyabrın 12-dəki hərbi çevrilişdən sonra Türkiyədən torpaq qopartmaq fəaliyyətinə sürət verdilər. Hazırda Türkiyə hökumətinin qətiyyəti və Türkiyə Silahlı Qüvvələrinin müvəffəqiyyəti Türkiyədə və sərhədyanı bölgələrdə PKK-nın varlığına böyük zərbə vurub. Yaxın Şərqə hakim olmaq, nefti idarə etmək və İsraillə müttəfiq bir dövlət qurmaq planları Türkiyə-Rusiya-İranın ittifaqı səbəbindən tamamilə çöküb. ABŞ və Avropa İttifaqı buna görə də keçmişdəki yalanlarına daha birini əlavə edir və Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə etdiyini iddia edir”.
Professor qeyd edir ki, ABŞ-ın Vyetnamda Çin-Vyetnam ittifaqı qarşısında aldığı məğlubiyyətin bənzərini Suriyada Türkiyə-Rusiya-İran ittifaqı qarşısında alacağı çox açıqdır: “Aydındır ki, ABŞ tənəzzül prosesinə daxil olub və bunun fərqində deyil. Dünya ticarəti üzərində təzyiq ilə 1944-ci ildə Bretton-Vuds razılaşması (1944-cü il iyulunda ABŞ-ın Nyu-Hempşir ştatının Bretton-Vuds qəsəbəsində toplanan Birləşmiş Millətlər Təşkilatının Pul və Maliyyə konfransında “Beynəlxalq Pul Razılaşması" imzalanıb. Razılaşma ilə beynəlxalq ödəmələrdə istifadə olunacaq yeni bir sistem inkişaf etdirilib. Şərq bloku xaricindəki 44 ölkədən 730 nümayəndənin qoşulduğu bu razılaşma ilə qoşulan ölkələrin pulları üçün sabit məzənnə əsası mənimsənmiş və razılaşmaya qatılan hər ölkənin pulunun dəyərinin dollara görə müəyyən olunması qəbul edilmişdir. Müəyyən pul sisteminin qaydalarını təyin edən bu razılaşma Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun qurulmasına qərar verib –red.) ilə qurduğu dollar hakimiyyəti sona çatdığı halda, çöküşü də çox qısa zaman kəsiyində reallaşacaq”.



Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət etdi - AÇIQLAMA
Türkiyənin Azərbaycandakı sabiq səfirindən Avropa İttifaqına etiraz
"Türkiyənin iradəsini dollarla satın ala bilməzsən" -Ərdoğandan Trampa xəbərdarlıq
Türkiyə məqsədlərinə çatmağa qadir ölkədir- Ərdoğan
Rusiya və İran XİN başçıları Türkiyəyə səfər edir
Türkiyəyə sentyabrın 25-dək vaxt verildi - Geri çəkilməsələr...
Türk ordusu bu bölgəyə girir, növbədə İran var – YENİ ƏMƏLİYYAT
İran Türkiyəni arxadan vurmağa çalışır - Şok
İlham Əliyev fransalı müşavirlə görüşdü
Türkiyədən İraqa PKK mesajı: Üzərinə düşəni et!
Neft qiymətləri yüksəlişə keçdi - SƏBƏB
Ərdoğan ABŞ-a SƏSLƏNDİ: "Bu bölgələrdə qalmağın mənası yoxdur"
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 