“Türk ordusunun növbəti hədəfi Mahmur və Sincar bölgəsidir”. ONN media xəbər verir ki, bu barədə Türkiyə ordusunun ehtiyatda olan generalı İhsan Başbozkurt deyib. Onun sözlərinə görə, PKK terror təşkilatı İraqın şimalında Sincar və Mahmur bölgəsini “təhlükəsiz ərazi” kimi istifadə edir: “Terror təşkilatının Suriyaya keçidini də nəzarət altına almağımız üçün bu bölgələrin təmizlənməsi lazımdır. Türkiyənin Haftani bölgəsindəki fəaliyyətini bu bölgələrə keçirmək gücü var, lakin bu məsələ beynəlxalq təşkilatlar üzərindən həll olunmalıdır. BMT ilə danışıqlar aparılmalı və Mahmur düşərgəsi boşaldılmalıdır. Sincar bölgəsində PKK-nın təlim və lojistik düşərgələri İraq hökuməti tərəfindən yox edilməlidir”. General qeyd edib ki, İran PJAK-ı (PKK-nın İran qanadı) məhv etməsə, növbə ora da çatacaq. “Türkiyə terrorla mübarizədə İranı yanında görmək istəyir. İraqın şimalından qaçan terrorçuların bir qismi İrana keçir. Terror təşkilatının “rəhbər heyətinin” İran tərəfində olduğunu bilirik. İran bölgədə Türkiyənin özü üçün nə qədər əhəmiyyətli olduğunu unutmamalıdır. İran terrorçularla əməkdaşlıq etməsə və onlara qarşı mübarizə aparsa, Türkiyə bu ölkəni beynəlxalq arenada müdafiə edəcək. Lakin İranın ikili oynadığını görürük. PJAK-a qarşı hələ də heç bir addım atmayıb. Terrorçular oradan zaman-zaman Şərqi Bəyazit və İğdır bölgəsinə keçirlər. İran bunu bilməlidir ki, Türkiyə ilə sülh, mehriban qonşuluq içində yaşaması üçün hər iki dövlətin başının bəlası olan terroru yox etmək lazımdır. Bunun üçün Türkiyə ilə birlikdə hərəkət etməlidir. Türkiyə öz gücünə həm daxildə, həm də xaricdə terroru məhv etməkdə israrlıdır. Lazım olarsa, bu əməliyyatları İran torpağında da keçirə biləcək gücdədir. İran bunu unutmamalıdır”, - Başbozkurt bildirib.(publika.az)
Türk ordusu bu bölgəyə girir, növbədə İran var – YENİ ƏMƏLİYYAT



MİT-dən kritik əməliyyat: 2 terrorçu Türkiyəyə gətirildi
Türkiyə İranla RAZILAŞDI: qoşunlar birləşdirilərək...
İran Qarabağ üçün terrorçu hazırlayır?
Türk ordusu 5 terrorçunu MƏHV ETDİ
PKK terror təşkilatı Sincar məntəqəsini tərk edir
Türk ordusu hərəkətə keçdi - Qisas alınır
Türk ordusundan daha bir əməliyyat
Türkiyə ordusundan PKK-ya AĞIR ZƏRBƏ: 52 terrorçu məhv edildi
PKK-ya qarşı şok əməliyyat- TERRORÇULARIN MÖVQELƏRİ DARMADAĞIN EDİLDİ
Türkiyə ordusu 3 terrorçunu məhv edib
Türkiyə yeni əməliyyata hazırlaşır - "Dəclə qalxanı"
Türk ordusu İraqda anti terror əməliyatında
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 