ONN media xəbər verir ki, rejissor Ali Özgentürk son müsahibəsində aktyor Kamal Sunalın ölümü ilə bağlı maraqlı nüans açıqlayıb.
17 il əvvəl iyulun 3-də dünyasını dəyişən aktyorun ölüm səbəbi başqa imiş. Rejissor "Balalayka" filminin çəkilişləri üçün K.Sunalla birgə Batumiyə gedirmiş. İllər əvvəl heç vaxt təyyarəyə minməyən aktyorun həmin gün qorxudan ürəyinin partladığı iddia edilmişdi. Lakin həqiqət başqa cür imiş.
A.Özgentürk K.Sunalın oğlu Alinin də onlarla olduğunu bildirib:
"Təyyarədən qorxurdu. Mən dedim, maşınla gedək. Əvvəl razı oldu. Sonra "Çox yorularıq" dedi. Sürücü götürmək təklif edəndə isə "Başqasının sürdüyü avtomobildən qorxuram" deyərək etiraz etdi. Nəhayət "Sən təyyarədə yanımda otursan, gedərik" dedi. O biri yanında da oğlu Ali oturmuşdu. Dünyasını dəyişdiyi an bir yerdə idik, təyyarə heç qalxmamışdı.
Zarafatlar edirdik. Təyyarədəki monitorda da təhlükəsizlik tədbirləri haqqında danışılırdı. Təyyarə yavaşca irəliləməyə başlayanda söhbət kəsildi. Kemalın qorxduğuna dair heç bir şey yox idi. Onsuz da qorxmurdu. Birdə başı çiynimə düşdü. Ali də oturduğu yerdən qalxdı. Mən "Həkim yoxdur?" deyə qışqırdım. Sonra huşumu itirmişəm, heç nə xatırlamıram.
Sonradan öyrəndik ki, həyat yoldaşından da gizlətdiyi bir şey var imiş. Yay aylarında avtomobillə Almaniyaya gedərmiş. Heç kim bilməsin deyə alman bir həkimə hər il ürəyini müayinə etdirirmiş. Ürəyində problem varmış, amma nə olduğunu bilmədim".



Şabanın uşaqlıq şəkli yayıldı
Təyyarə qəzasında ölən futbolçunun ÖLÜM SƏBƏBİ AÇIQLANDI
"Şaban"ın uşaqlıq şəkİli yayıldı - Foto
SON DƏQİQƏ: Tanınmış aktyor DÜNYASINI DƏYİŞDİ
Bir ildən sonra ölüm səbəbi açıqlandı
“Şaban” haqqında sənədli film çəkildi
Xalq artisti dünyasını dəyişdi
Bred Pit Ancelinadan niyə boşandı?- İlk dəfə açıqladı
Bakıya uçan təyyarədə ölüm
Sabiq rektorun prokuror oğlu koronadan öldü
"Rokki" filminin aktyoru vəfat etdi
Barış Akarsunun ölümü ilə bağlı YENİ FAKT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 