Cənub Çin dənizində Çin gəmiləri Avstraliya hərbi-dəniz qüvvələrinin üç gəmisi ilə qarşı-qarşıya gəlib.
ONN media xəbər verir ki, bu barədə ABC telekanalı Kanberradakı rəsmi mənbələrə istinadla məlumat yayıb.
Məlumatda qeyd edilir ki, cari ayın əvvəllərində Xoşiminə (Vyetnam) gedən Avstraliya gəmilərindən ibarət qrup Çin gəmiləri ilə qarşı-qarşıya gəlib. Telekanalın bildirdiiynə görə, görüş nəzakətli olduğu qədər də çətin keçib. Avstraliya Müdafiə Nazirliyinin nümayəndələri hadisənin incəliklərini açıqlamaqdan imtina ediblər.
Hazırda Londonda səfərdə olan Avstraliyanın Baş naziri Malkolm Ternbull telekanalın məlumatını təsdiq və ya inkar etməkdən imtina edib. Bunuunla yanaşı, o, bildirib ki, "Avstraliya bütün dünyada azad gəmiçilik və uçuşlar praktikasını dəstəkləyir və bu kontekstdə onun ölkəsinin gəmiləri dünya okeanında, o cümlədən Cənub Çin dənizində beynəlxlaq qanunlara müvafiq olaraq hərəkət etmək hüququna malikdirlər”.
Xatırladaq ki, Çinin regionun bir sıra ölkələri, o cümlədən Vyetnam, Bruney, Malayziya, Filippin və İndoneziya ilə bəzi adaların mənsubiyyəti barədə mübahisələrinin davam etməsi Cənub Çin dənizində vəziyyəti gərginləşdirir. Avstraliyanın rəsmi nümayəndələri dəfələrlə bəyan ediblər ki, bu ölkə Cənub Çin dənizi akvotoriyasındakı adalarla bağlı heç bir ərazi iddiasında deyil, azad gəmiçiliyə və uçuşlara qarşı yönələn və regionda mövcud status-kvonun dəyişməsinə xidmət edən birtərəfli hərəkətləri isə pisləyir.



Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
Rusiyanın hərbi gəmiləri Bakıya gəld
Rusiya hərbi gəmiləri Bakıya niyə gəlib?
İrana gələn ay zərbə endiriləcəkdi?
NATO gəmiləri Qara dənizdə
Avstraliya ordusunun 9 hərbçisi İNTİHAR ETDİ
Xarici dövlətlərin hərbi gəmiləri Bakını tərk etdi
XİN Avstraliyanı təbrik etdi
Azərbaycandan Avstraliyaya etiraz NOTASI
Rus gəmiləri Ukraynanın bu adasını atəşə tutur
NATO gəmiləri Gürcüstan sularında
Rusiyanın hərbi gəmiləri Bakıda - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 