Türkiyədə İstanbul Toplantı ve Düğün Salonu İşletmeleri Esnaf Odası (İSTDO) tərəfindən şadlıq və ziyafət salonlarında keçirilən tədbirlərlə bağlı qadağa tətbiq edilib.
Həyat təhlükəsizliyi səbəbi ilə tez alışan və partlayıcı maddələrdən istifadə edilməməsinə qərar verilib.
Bu barədə İSTDO prezidenti Adem Sönmez açıqlama verib.
O, İraqın Mosul şəhərində şadlıq sarayında atəşfəşanlığın səbəb olduğu yanğında 100-dən çox insanın həyatını itirdiyini xatırladıb.
Adem Sönmez qeyd edib ki, toy və xına mərasimlərində istifadə edilən vulkan, köpük və şamların yaratdığı təhlükə səbəbi ilə onların istifadəsinə qadağa qoyulub.
“Aldığımız qərara uyğun olaraq, xüsusilə qapalı ərazilərdə tədbirlər zamanı vulkan, şam, köpük, pirotexniki vasitələr, sprey balonlardan istifadəyə icazə verilməyəcək”, - deyə o bildirib.
“Xüsusilə tez alışan maddələr zərərli qazlar buraxır. Qapalı məkanlarda körpələr və yaşlı insanlar bu səbəbdən nəfəs darlığı problemi ilə üzləşə bilirlər. Həmçinin belə tədbirlərdə qonaqlarımızın və öz əməkdaşlarımızın həyatı da təhlükə altında qala bilir. Bu səbəbdən də İraqda baş verən hadisədən sonra biz də belə bir qərar qəbul etdik”, - deyə o nəzərə çatdırıb.
Adem Sönmez İstanbulda şadlıq sarayları bu qərara əməl etdiklərini, tədbir sahiblərinin də anlayışla qarşıladıqlarını vurğulayıb.
“Tətbiq etdiyimiz qadağaya 90 faiz nisbətində əməl edilir”, - deyə o əlavə edib.



"Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə oldu
Mayda toy keçirilməsinə icazə verilsə vəziyyət pisləşəcək
Bu restoranlarda karantin qaydaları pozuldu
Aktyora şadlıq sarayı verildi: biznesə başladı
Karantini pozan şadlıq sarayının rəhbərliyi cərimələndi
Siqaret çəkənlər şadlıq saraylarından çıxarılacaq - VİDEO
Noyabrda toylara rəsmən qadağa qoyulub?
SON DƏQİQƏ: Azərbaycanda şadlıq evi YANIR
Yaşlıların evdən çıxmasına qadağa qoyuldu
Şadlıq saraylarında toy edən kimlərdi? - DİN HƏRƏKƏTƏ KEÇDİ
Məşhur şadlıq sarayında ölüm olub
Bakıda şadlıq sarayında yanğın oldu
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 