Almaniya məhkəməsi “Auşvisli hesabdar” kimi tanınan 96 yaşlı Oskar Herinqə həbs cəzası verib.
ONN media AZƏRTAC-a istinadən xəbər verir ki,“Spiegel” nəşrinə istinadla xəbər verir ki, Selle şəhərinin məhkəməsi məhkumun yaşına baxmayaraq, 4 il həbsdə yatmalı olduğu barədə qərar qəbul edib. Bununla yanaşı, Osvensim əsir düşərgəsinin sabiq hesabdarının və SS zabitinin hüquqları qorunacaq və ona lazımi tibbi yardım göstəriləcək.
Oskar Herinq 2015-ci ilin iyul ayında mühakimə olunub. O, 300 min insanın qətlində günahkar bilinərək 4 il həbs cəzasına məhkum edilib. Lakin alman zabiti bundan sonra iki il evində yaşayıb. Bu yaxınlara qədər isə onun həbsxanaya göndəriləcəyi məlum deyildi. 2017-ci ilin avqustunda Hannover prokuroru Herinqin həbs cəzasının təxirə salınması barədə xahişini rədd edərək caninin həbsxanaya göndərilməli olduğunu bildirib.
Qeyd edək ki, II Dünya müharibəsində Herinq Auşvisdə (Osvensim) hesabdar işləyib: o, məhbusların pullarını sayaraq sonradan Berlindəki koordinasiya qurumuna göndərib. Herinq heç vaxt düşərgədəki fəaliyyətini inkar etməyib və insan ölümlərində əli olduğunu boynuna alıb. Onun ifadələri nasist rejiminin cinayətlərini təsdiq etdiyi üçün tarixi nəzər nöqtəsindən vacib sayılır.



Azərbaycanda sabiq icra başçısı yenidən HƏBS OLUNDU
Məşhur aparıcılara HƏBS ŞOKU
“Samsunq”un rəhbəri azadlığa çıxdı
Arda Turanın anası həbs edildi
Dilan Polat həbs olundu
Əsəd HƏBS EDİLDİ - Bütün sərvəti əlindən alındı
Türkiyədə çevrilişə səbəb olan mayor barədə QƏRAR VERİLDİ
5 jurnalisti öldürən caniyə 5 dəfə ömürlük həbs cəzası verildi
Məhkəmə Serj Sarkisyanın qardaşı oğlu barədə QƏRAR VERDİ
Qəribə hadisə: məhkəmə “qatil” qoç barəsində həbs qərarı çıxardı
Koçaryan həbsdə qaldı - Apelyasiya məhkəməsi qərar verdi
Həbsdə olan sabiq başçının son durumu necədir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 