Gürcüstanın keçmiş baş naziri, ölkəsinin ən zəngin biznesmeni olan Bidzina İvanişvili siyasətə qayıtmaq qərarına gəlib.
ONN media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvili açıqlama verib.
Baş nazirin sözlərinə görə, o, İvanişviliyə hakim “Gürcüstan arzusu” partiyasının sədri vəzifəsini tutmağı təklif edib. Qarşı tərəf bu təklifi müsbət qarşılayıb.
Kvirikaşvilinin sözlərinə görə, may qurultayında partiya sədrinin seçilməsi ilə bağlı səsvermə keçiriləcək. O, İvanişvilinin sədrliyə yekdilliklə qəbul olunacağına əminlik ifadə edib.
1990-cı illərdə varlanan İvanişvili 2012-ci ildə “Gürcüstan arzusu” partiyasını təsis edib və sonradan ona başçılıq edib. Həmin ilin oktyabr ayında partiya parlament seçkilərində qalib gəlib və o, baş nazir seçilib.
Ancaq bir il sonra İvanişvili “əsas tapşırığın yerinə yetirildiyini” bildirərək, tutduğu vəzifədən istefa verib və bir daha hakimiyyətə qayıtmayacağına söz verib.
Gürcüstanın ən zəngin iş adamı olan İvanişvilinin varidatı 4,6 milyard dollara yaxındır.



İvanişvili siyasətdən gedir - KİV
Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI
Gürcüstanda SEÇKİ BİTDİ: Qələbə qazanan...
İvanişvili azərbaycanlıya VƏZİFƏ VERDİ
İlham Əliyev İvanişvilini təbrik etdi
Gürcüstanda 6 deputat hakim partiyadan İSTEFA VERDİ
Gürcüstanın yeni Baş naziri o ola bilər - FOTO
Gürcüstan parlamentinə yeni SƏDR SEÇİLDİ
Gürcüstanda hakim və müxalif tərəfdarlar arasında dava: yaralılar var
Gürcüstanın yeni baş naziri kimdir?
Saakaşvili növbəti dəfə hakimiyyəti tənqid etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 