ONN İnformasiya Agentliyi

İstanbula uçacaq təyyarə 7 saatdır gecikir

İstanbula uçacaq təyyarə 7 saatdır gecikir
29-04-2018, 15:44


"Pegasus Airlines" aviaşirkətinin PC-381 reysi (Krasnodar-İstanbul) 7 saatdan artıq gecikir.

ONN media xəbər verir ki, bu barədə reysin sərnişini məlumat verib.

"A-320" təyyarəsi ilə həyata keçirilən PC-381 reysi cədvəl üzrə Moskva vaxtı ilə saat 03:45-də havaya qalxmalı idi.

Sərnişin bildirib ki, 200-dən artıq sərnişin reysə qeydiyyatdan keçib və uçuşu gözləyir, lakin aviaşirkətin nümayəndələri onlara reysin saat 17:00-da qalxacağını bildirirlər: "Hava limanının nümayəndəsi bizə bildirib ki, reys aviaşirkətin yanacaq tədarükçüsünə borcu olduğuna görə gecikir".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png