Almaniyada Yeni il gecəsi ictimai asayişin və təhlükəsizliyin təmin olunması üçün genişmiqyaslı tədbirlərin görülməsinə baxmayaraq, bir sıra şəhərlərdə ciddi qayda pozuntuları baş verib. Yeni il gecəsi atəşfəşanlıq və pirotexniki vasitələrdən istifadə Almaniyada ən azı beş nəfərin həyatına son qoyub.
ONN media xəbər verir ki, pirotexniki vasitələrdən ehtiyatsız istifadə nəticəsində ölüm halları ilə yanaşı, xeyli insan xəsarət alıb. Bundan başqa, bir neçə şəhərdə yanğınlar baş verib, bəzi hallarda polis əməkdaşlarına, yanğınsöndürənlərə, təcili tibbi yardım xidmətlərinə və ictimai nəqliyyat vasitələrinə qarşı hücumlar olub.
Ümumilikdə gecə ərzində 1900 yanğınsöndürmə əməliyyatı, 16 təcili tibbi yardım çıxışı qeydə alınıb. Berlinin mərkəzində - Brandenburq qapılarının arxasında təşkil olunan Yeni il konsertində təhlükəsizliyin təmin edilməsi üçün 4 min polis əməkdaşı və 1500 yanğınsöndürən cəlb olunub. Təkcə Berlinin Şöneberq rayonunda 36 mənzil yararsız vəziyyətə düşüb.
Ölüm halları əsasən kustar üsulla hazırlanan fişənglərin partladılması nəticəsində baş verib. Şimali Reyn-Vestfaliya əyalətində 24 yaşlı gənc özünün hazırladığı fişəngin partlaması nəticəsində həlak olub. Saksoniyada atəşfəşanlıq nəticəsində iki ölüm faktı qeydə alınıb. Oşats şəhərində böyük atəşfəşanlıqdan sonra 45 yaşlı şəxs başından ağır xəsarət alıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Saksoniyanın Hartha şəhərində 50 yaşlı kişi ailə üzvlərinin iştirakı ilə partlatdığı fişəngin təsirindən aldığı xəsarətlər nəticəsində hadisə yerində həlak olub. Hamburqda kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ölümcül yaralanan 20 yaşlı gəncin də həyatını xilas etmək mümkün olmayıb. Brandenburq əyalətinin Havelsee-Fohrde şəhərində atəşfəşanlıq zamanı bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bundan başqa, Leyptsiq, Qmünd şəhərlərində fişəng və içki şüşələri ilə polisə hücumlar olub. Hamburq, Qelzenkirxen, Drezden, Qarbsen şəhərlərində yanğınsöndürmə briqadaları üzvləri bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. Bir neçə şəhərdə atəşfəşanlıq nəticəsində yanğınlar baş verib. Kiel şəhərində təcili tibbi yardım briqadasına və polis əməkdaşlarına qarşı hücum olub. Nəticədə polis xidməti itlərdən və bibər qazından istifadə etməli olub.
Bu hadisələr zamanı əhali arasında xeyli insan xəsarət alıb. Təkcə Berlin Qəza Xəstəxanasına 15 nəfər gətirilib. Onların bir neçəsi barmaqlarını və ya əllərinin bir hissəsini, bir nəfər görmə qabiliyyətini itirib. Münxendə atəşfəşanlıq nəticəsində üç, Rostoqda bir uşaq xəsarət alıb.
Daha bir hadisə isə Şlezviq-Holştayn əyalətinin Osdorf şəhərində baş verib. Sərxoş sürücünün avtomobili ehtiyatsızlıqdan piyadaların üzərinə sürməsi nəticəsində dörd nəfər xəsarət alıb. Onların birinin vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisənin hücum olmasını istisna edir. Sürücünün yüksək miqdarda alkoqollu içki qəbul etdiyi bildirilir.
Gecə ərzində xidməti vəzifələrini yetirən zaman biri ağır olmaqla 15-ə yaxın polis əməkdaşı xəsarət alıb. İctimai asayişi pozmaqda şübhəli bilinən 390 nəfər saxlanılıb. Faktlarla bağlı polis tərəfindən təhqiqat aparılır.



Bayramda təcili yardıma müraciətlər artdı
Türkiyədə zəncirvari qəza: 12 nəfər xəsarət aldı
Gəncədə təcili tibbi yardım maşınları qəzaya uğradı - YARALILAR VAR
Bu atəşfəşanlıq zamanı dünya rekordu qeydə alındı
SON DƏQİQƏ: Polis genişmiqyaslı əməliyyat keçirdi, saxlanılanlar var
Sumqayıtda bayram günü QORXUNC HADİSƏ: 3 nəfər ağır xəsarət aldı - FOTO
Bakıda məşhur restoranda yanğın olub
Yanğın zamanı neçə nəfər xəsarət alıb?
FHN əməkdaşı ticarət mərkəzindəki yanğını söndürərkən xəsarət alıb
Sumqayıtdakı yanğında xəsarət alanların sayı AÇIQLANDI
Təcili tibbi yardım maşını AĞIR QƏZAYA düşdü: Yaralılar var
Şəhərdə insident: Ölənlər var
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 