Polis partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin Bakı ərazisində topdansatışının qarşısının alınması istiqamətində ölkəboyu daha bir genişmiqyaslı əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, bir qrup şəxsin külli miqdarda pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək “Sədərək” Ticarət mərkəzində və digər ərazilərdə gizli şəkildə topdansatışını təşkil etmələri barədə daxili işlər orqanlarına əməliyyat məlumatı daxil olub. Həmin şəxslərin əhatə dairəsi və əlaqələri qısa zamanda dəqiqləşdirilib. Paytaxtın Xəzər, Qaradağ, eləcə də Ağstafa və Qazax rayonlarında həyata keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstənin başçısı Elçin Kazımov, üzvləri Şəmməd Şəmmədov, Anar Süleymanov və pirotexniki vasitələrin satışını təşkil edən Camal Əliyevlə qardaşı Cavad saxlanılıblar. Bu şəxslərin ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin Ağstafa və Xəzər rayonunda yerləşən anbar kimi istifadə etdikləri saxlanc yerlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdikləri külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
"Qeyd edək ki, dəstə üzvləri paytaxt və ölkə ərazisinə bu maddələrin paylanılmasını, həmçinin satışını təşkil edən əsas şəxslər olublar. Onlar ifadələrində pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirərək satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Saxlanılan şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 150 min manatdan artıq olub.
Xatırladaq ki, tezalışan maddələr və pirotexniki vasitələrdən istifadə bayram əhval-ruhiyyəsinin, rahatlığının pozulması ilə nəticələnməklə yanaşı, insanların sağlamlığına və ətraf mühitə qarşı da ciddi təhlükədir. Xüsusən də uşaqların əyləncə məqsədi ilə istifadə etdikləri bu vasitələr onlarda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına, müxtəlif dərəcəli yanıqlara yol aça bilər", - nazirlikdən bildirilib.



Polis “Sədərək”də əməliyyat keçirdi
“Sədərək” ticarət mərkəzində partlayıcı vasitələr aşkar edilib
Partlayıcı və tezalışan maddələr satan şəxs aşkarlandı
DİN Yasamalda əməliyyat keçirdi: 10 nəfər saxlanıldı
Yeni illə bağlı XƏBƏRDARLIQ
Polis əməliyyat keçirdi: 57 nəfər saxlanılıb
Polisdən daha bir əməliyyat: 13 nəfər tutuldu
Bakıda qadın narkotacir HƏBS EDİLDİ
“Sədərək”də partlayıcılar tapıldı
Bakıda FİLM KİMİ ƏMƏLİYYAT: 86 kq narkotik belə ələ keçirildi - VİDEO
Qobuda 35 kq narkotik müsadirə edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 