İran üçün zəng çalınır. Suriyada mövcud quruluşun dəyişməsi və Qərbin Suriyada müəyyən qədər məqsədlərinə çatması, İranın xarici qol və uzantılarının Yəmən, Livan və Suriyada təsirsiz hala salınmasından sonra növbənin İranda olduğu düşünülə bilər. Hücumların yaxın zamanda ola biləcəyini düşünürəm. Çünki nüvə müzakirələrində nəticə əldə etmək mümkün görünmür. Buna görə də zərbə vurub, istədiklərini əldə etmək istəyəcəklər.
Bu sözləri ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
Onun sözlərinə görə, İrana hücüm Yaxın Şərqin digər ölkələri ilə müqayisədə daha ağrılı ola bilər:
“Təbii ki, İran nə İraq, nə də Suriyadır. İranın çox fərqli sosial quruluşunun olduğu aydındır. Buna görə də orada hərbi əməliyyatlara daha çox qüvvə cəmləşə, hücum ballistik raketlər, PUA-lar və dronlar vasitəsilə həyata keçirilə bilər”.
Ekspert vurğulayıb ki, İrana hava hücumları həmçinin nüvə obyektlərinin yerləşdiyi ərazilərdə terror fəaliyyəti ilə paralel aparıla bilər:
“Həmçinin nüvə fəaliyyətlərini həyata keçirə bilən rəhbərliyə qarşı əməliyyatlar mümkündür. Lakin İranın nüvə imkanlarının təsirini minimuma endirmək məqsədilə edilən hər hansı bir addım qarşılıqsız qalmayacaq. Xatırladım ki, İranın son hücuma cavab olaraq atdığı raketlər İsrailə çatmışdı. Buna görə də İrana mümkün hücumda yalnız nüvə obyektləri deyil, raket sistemləri və PUA-lar da hədəfə alınacaq”.
Karauz bildirib ki, ABŞ-ın bu işi təkbaşına görməsi mümkün deyil:
“ABŞ və İsrail birgə fəaliyyət göstərərək, İngiltərənin də dəstək verəcəyi ehtimalı var. Lakin İranı qısa müddətdə diz çökdürmək və ya öz mətbuatında verdikləri hibrid müharibə və psixoloji əməliyyat mesajlarında olduğu kimi, qısa zamanda məhv etmək çox çətin görünür



İsraildən KRİTİK AÇIQLAMA: İran çarəsizdir...
İran yaxın saatlarda hücum edəcək: Müharibə başlayır?
ABŞ İrana kiber hücum TƏŞKİL EDİB?
İran ordusu döyüş hazırlığına gətirildi
İsrailin İrana hücumunun Rusiyaya təsiri
İrandan bununla bağlı XƏBƏRDARLIQ
ABŞ İranın Suriyadakı mövqelərinə zərbə endirib
“Qonşularını təhdid edir, bir gün gələcəyik” – İrana şok xəbərdarlıq
İran üçün halqa daralır- Əgər...
İsrail qırıcılarını İrana göndərir: bu hədəflər vurulacaq
İranda qırmızı bayraq qaldırıldı- NƏ BAŞ VERƏCƏK?
İran İsrailnən hücuma necə cəsarət etdi?
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 