İranın İsrailin hücumları qarşısında özünü müdafiə etməsi son dərəcə təbii, qanuni və hüquqidir.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“İsrail Livana, Suriyaya, Yəmənə hücum elədi. Hər gün mülki şəxslərə hücum edir, günahsız insanları öldürür. Sanki bunlar az imiş kimi, İsrail indi də İrana hücum edir”, - Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti beynəlxalq təşkilatları İsrailin hücumlarına qarşı səssiz qalmaqda ittiham edib.
“Bu hücumların Türkiyəyə mümkün təsirləri ilə bağlı bütün qurumlarımız ayıq-sayıq vəziyyətdədir. Hər cür ssenariyə hazırlaşmışıq. Bunu hamı bilməlidir: biz ərzaq dükanı işlətmirik. Dünyanın ən böyük ölkələrindən biri olan Türkiyə Respublikasını idarə edirik”, - Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, Türkiyə zorakılığın və zülmün tərəfində deyil, həqiqətin, ədalətin, dialoqun və diplomatiyanın tərəfindədir: “Bu anlayışla biz iyunun 13-dən təcavüzə son qoymaq üçün intensiv diplomatik səylər göstəririk. Cənab Tramp və cənab Pezeşkiyanla iki dəfə telefon danışığı aparmışıq. Bütün qardaş ölkələrin rəhbərləri ilə oxşar telefon danışıqlarımız olub.
Biz bu məsələni cənab Putinlə də dəyərləndirmişik. Digər dostlarımız da həmkarları ilə daim əlaqə saxlayırlar. Silahları susdurmaq üçün lazım olan hər şeyi edirik”.



İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğandan şok
Ərdoğan İsrail prezidenti ilə regionu müzakirə etdi
Ərdoğan: Türkiyə daim Fələstinin yanındadır!
İsrail və İran münasibətlərinə Ərdoğandan reaksiya
Ərdoğandan İsrail açıqlaması: Gündəmdə olacaq...
Ərdoğan Putinlə Qarabağı müzakirə etdi
Ərdoğan danışdı- Dünyanın taleyi...
Ərdoğan koronavirusdan sağaldı
Ərdoğan Orbanla ABŞ-da görüşdü
Ərdoğan dünyaya çağırış etdi- VAXT ÇATDI!
Ərdoğan: Ümid edirəm, Rusiya hücum etməz
Ərdoğandan PKK-nın bazaya hücum etməsinə CAVAB
ADY bu tarixlərdə qatarların qrafikini DƏYİŞƏCƏK
Ərdoğan Netanyahuya xəbərdarlıq etdi
AZAL Bakı–Maskat reysini açmağı planlaşdırır
Ramil Şeydayevin yeni klubu bəlli oldu
Bakıda 33 dərəcə isti olacaq
Kömür mədəni uçdu- ÖLƏNLƏR VAR
İrana yeni səfir təyin olundu
Bakının mərkəzində yol çökdü
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq
Neftimizin qiyməti 95 dollara düşüb
Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi
Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq
Xəzər dənizində zəlzələ oldu 