ONN İnformasiya Agentliyi

Ərdoğandan Qəbələdə türk ölkələri ilə bağlı təklif

Ərdoğandan Qəbələdə türk ölkələri ilə bağlı təklif
7-10-2025, 14:57
Türkiyə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunmasını təklif edib.
ONN media xəbər verir ki, bu təkliflə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxış edib.
O, oktyabrın 30-dan etibarən Səmərqənddə keçiriləcək UNESKO-nun 43-cü Baş Konfransında bu təklifin səsləndirilməsini tövsiyə edib.
"Macarıstanın müşahidəçi kimi TDT-də iştirakı bizi xoşbəxt edir. Şimali Kipr Prezidenti Ərsin Tatarın da aramızda olmasından olduqca şadam. Türk dünyasının Kipr türklərini tək qoymamasını məmnunluqla izləyirəm", - Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan Türkmənistanı da yaxın dövrdə TDT-də tamhüquqlu üzv kimi görmək istədiklərini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png