ONN İnformasiya Agentliyi

Ərsin Tatar Azərbaycana gəlir

Ərsin Tatar Azərbaycana gəlir
3-10-2025, 14:13
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC ) Prezidenti Ərsin Tatar Azərbaycana səfər edəcək.
ONN media xəbər verir ki, bu barədə Report-a bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib.
O bildirib ki, ŞKTC prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.
Ə.Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək.
Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png