ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 8–9 yanvar tarixlərində İranda təhlükəsizlik qüvvələri tərəfindən yatırılan etirazlarla bağlı yeni statistika yayıb. Qurumun məlumatına görə, hadisələr zamanı ölənlərin sayı 7002 nəfərə çatıb.
ONN media xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkə daxilində baş verən qarşıdurmalarda ümumilikdə 52 min 941 nəfər saxlanılıb. Ölənlər arasında 214 təhlükəsizlik əməkdaşının olduğu qeyd edilir. Təşkilat daha əvvəl 6984 nəfərin həyatını itirdiyini açıqlamışdı, lakin hazırda əlavə 11 min 730 hadisənin araşdırıldığını vurğulayır.
Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayıb. Tacirlərin təşəbbüsü ilə keçirilən aksiyalar yerli valyuta olan rialın xarici valyutalar qarşısında sürətlə dəyər itirməsi və ölkədə iqtisadi çətinliklərin dərinləşməsi fonunda qısa müddətdə digər şəhərlərə də yayılıb.
Paytaxt Tehranda 8 yanvarda etirazlar daha da şiddətlənib. Hökumət həmin gün internetə çıxışı məhdudlaşdırıb. Təhlükəsizlik qüvvələri 8–9 yanvar tarixlərində aksiyalara müdaxilə edərək onları dağıdıb.
Digər tərəfdən, İran Şəhidləri və Veteranları Fondu Məhkəmə Tibbi İnstitutuna istinadən yanvarın 21-də fərqli rəqəmlər açıqlayıb. Rəsmi məlumata əsasən, etirazlar zamanı təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3117 nəfər həyatını itirib.
Fondun açıqlamasında ölənlərdən 2427 nəfərin “silahlı terrorçu qruplar” tərəfindən öldürülən təhlükəsizlik əməkdaşları və mülki şəxslər olduğu bildirilib. Qalan 690 nəfər barədə isə ətraflı məlumat verilməyib.
Beləliklə, hadisələrlə bağlı müstəqil mənbələr və rəsmi qurumlar tərəfindən açıqlanan rəqəmlər arasında ciddi fərq qalmaqdadır.



İran etirazlarında ölənlərin sayı yeniləndi
İranda daha iki jurnalist saxlanıldı
İranda DƏHŞƏT - Yüzlərlə insan həyatını itirdi
İranda etirazlar zamanı ölənlərin sayı 20 nəfərə çatdı
İraqda etiraz aksiyaları - 4 nəfər həlak oldu
İrandakı aksiyada ölənlərin sayı 35-ə çatıb
İranda koronavirus qurbanlarının sayı artdı
İranda son durum: 1 sutkada 188 nəfər öldü
Seulda faciədə ölənlərin sayı 153-ə çatdı
İran hakimiyyəti aksiyalar zamanı 25 nəfərin öldüyünü açıqlayıb
İranda təbii fəlakət 11 can aldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 