Türkiyənin Bağdaddakı səfirliyi vətəndaşlarına İraqa səfərlə bağlı xəbərdarlıq edib.
ONN media-nın məlumatına görə, bu barədə Haber Global telekanalı xəbər yayıb.
Məlumata əsasən, bölgədə təhlükəsizlik vəziyyətinin qısa müddətdə daha da gərginləşə biləcəyi nəzərə alınaraq, Türkiyə vətəndaşlarına zəruri hal olmadıqca İraqa getməmək tövsiyə edilib. Ölkədə olan şəxslərə isə izdihamlı yerlərdən və kütləvi toplaşma məkanlarından uzaq durmaq məsləhət görülüb.
Xüsusilə Bağdadda Yaşıl Zona ətrafında keçirilən etiraz aksiyalarının baş verdiyi ərazilərə, Bağdad Beynəlxalq Hava Limanı və Ərbil Beynəlxalq Hava Limanına, eləcə də həmin obyektlərin yaxınlığına getməmək tövsiyə olunub. Bundan əlavə, üçüncü ölkə vətəndaşlarının sıx toplandığı məkanlar, açıq sahələr, Mosul və ətraf yaşayış məntəqələri, Bəsrə ətrafı bölgələr, həmçinin İraqın hərbi zonaları və neft yataqları kimi strateji əhəmiyyətli infrastruktur obyektlərindən uzaq durmaq çağırışı edilib.
Diplomatik nümayəndəlik vətəndaşlara şəxsi təhlükəsizlik tədbirlərini gücləndirməyi və rəsmi qurumların məlumatlarını diqqətlə izləməyi tövsiyə edib.
Açıqlamada, həmçinin bölgədə davam edən qarşıdurmalar səbəbindən İraqın hava məkanının uçuşlar üçün müvəqqəti bağlandığı, ən azı martın 16-dək reyslərin bərpa olunmayacağı bildirilib.



Türkiyədən vətəndaşlarına bu ölkə ilə bağlı çağırış
Xəbərdarlıq- Bu ölkəyə getməyin
ABŞ-dan vətəndaşlarına Naxçıvanla bağlı çağırış
Ərdoğanın İraqa səfər tarixi açıqlandı
ABŞ Ermənistandakı vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ
Nazirlikdən qeyri-sabit hava ilə bağlı daha bir xəbərdarlıq
Koreyada yaşayan azərbaycanlılara xəbərdarlıq edildi
Nazirlikdən qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət
Yağışlı hava ilə bağlı daha bir xəbərdarlıq
Türkiyədən vətəndaşlarına xəbərdarlıq
İraqa səfərlər dayandırıldı - ŞOK QƏRAR
16 ölkədən İraqa etiraz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 