Türkiyənin Qəhrəmanmaraş şəhərində orta məktəbə silahlı hücum edərək 9 nəfəri və özünü öldürən qətlə yetirən 14 yaşlı İsa Aras Mersinlinin həbs olunan anası Pınar Peyman Mersinlinin ifadəsi məlum olub. “Ehtiyatsızlıqdan adam öldürməyə səbəb olma” ittihamı ilə dəmir barmaqlıqlar arxasına göndərilən ana oğlunun psixoloji müalicəsindən imtina etməsi və mütəxəssis tövsiyələrini görməzdən gəlməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib. O, ifadəsində hər şeydən əvvəl bir təhsil işçisi olduğunu vurğulayaraq, baş verənlərə görə dərin üzüntü keçirdiyini və bir ana kimi üzərinə düşən məsuliyyəti dərk etdiyini bildirib.
ONN media Nocomment.az-a istinadla xəbər verir ki, Pınar Peyman Mersinli evdə odlu silahların saxlanılması məsələsinə də aydınlıq gətirib.
O bildirib ki, evdə birdən çox silahın olması həyat yoldaşının polis rəisi vəzifəsində çalışması ilə əlaqədardır. Ananın sözlərinə görə, həmin silahlar oğlunun asanlıqla əldə edə biləcəyi yerdə olmayıb, xüsusi sandıqda mühafizə edilib və yeniyetmə silahlara yalnız atasının nəzarəti altında baxa bilib. Müalicə prosesinə gəlincə, ana psixiatriya klinikasının hesabatlarının doğruluğunu təsdiq etsə də, tibbi yardımdan qəsdən boyun qaçırması barədə ittihamları qəbul etmədiyini qeyd edib.
Lakin Qəhrəmanmaraş Baş Prokurorluğu məsələyə tam fərqli yanaşır. Prokurorluğun açıqlamasında qeyd olunur ki, istintaq zamanı əldə edilən tibbi sənədlər ananın səhlənkarlığını sübut edir. Məlum olub ki, hadisədən əvvəl iki fərqli müəssisədə çalışan psixoloqlar İsa Arasın təcili psixiatrik müalicəyə ehtiyacı olduğu barədə rəsmi diaqnoz qoyaraq anaya xəbərdarlıq ediblər. Prokurorluq ananın bu tövsiyələri diqqətə almadığını, lazımı tibbi müraciətləri etmədiyini və bununla da yeniyetmənin qanlı cinayəti törətməsinə şərait yaradan psixoloji pozuntuların dərinləşməsinə səbəb olduğunu vurğulayıb. Məhz bu ciddi laqeydlik və hadisənin ağırlığı nəzərə alınaraq, məhkəmə ananın həbsi barədə qərar çıxarıb
9 nəfəri və özünü öldürən şəxsin anası danışdı



Məktəbdəki hadisələrlə bağlı Ərdoğandan addım
Azərbaycanda dəhşətli hadisə: Ana və oğul eyni gündə intihar etdi
Ərini döyə-döyə öldürən 23 yaşlı qadın DANIŞDI: "Məni hər gün döyürdü..."
Bolduinin 4 il əvvəlki tviti: Təsadüfən kimisə öldürən...
Bərdədə ana və bacısını öldürən şəxs həbs edildi
Ayşənin anası şok detalları açıqladı
Komitə azyaşlını evdə tək qoyan ailəni nəzarətə götürdü
Bakıda məktəbdə insident- Özünü yandırmaq istədi və...
Bakıda anadan azyaşlı uşağına qarşı DƏHŞƏTLİ ADDIM
Keçmiş həyat yoldaşının sevgilisini öldürdü
Sumqayıtda DƏHŞƏT: Anası ilə mübahisə edən keçmiş məhkum özünü yandırdı
Ata və oğulu öldürən polisə EDAM CƏZASI
Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
“Qarabağ” ulduz futbolçusu ilə yollarını ayırdı
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə!
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi
"Qarabağ"ın oyununu çexlər idarə edəcək
Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
Qardaş ölkədə güclü zəlzələ oldu
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi 