Bərdə rayonunda anası və bacısını güllələyərək qətlə yetirən şəxs saxlanılıb.
Qətl hadisəsini törədərək hadisə yerindən qaçan Toğrul Zeynallı bu gün günorta saatlarında Bərdə rayon Polis Şöbəsinə gələrək təslim olub.
Saxlanılan şəxs Bərdə rayon Pokurorluğuna təhvil verilib.
Toğrul Zeynallı törətdiyi əməli etiraf edib. O, hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib.
İttihama görə, iyunun 1-də gecə saat 04 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin işirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirib.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
İlkin araşdırmalarla həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (Teleqraf.com)



Bərdədə 58 yaşlı qadını qətlə yetirən şəxs TUTULDU
Azərbaycanda həkim səhlənkarlığı - Yeni doğulmuş uşaq öldü
Mingəçevirdə QANLI OLAY: 17 yaşlı oğul anasını...
Bakıda müəmmalı qətl - GECƏ SAATLARINDA...
Azərbaycanda itləri güllələyən şəxs həbs edildi
Sumqayıtda dəhşət - arvadını binanın qarşısında doğradı
Goranboyda faciə: Həmkəndlisini qayçı ilə öldürdü
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
Bakıda 19 yaşlı oğlan atasını amansızlıqla öldürdü
Qaradağ törədilmiş qətlin üstü “isti izlər”lə AÇILDI
Ər arvadını xəstəxananın həyətində öldürdü — DƏHŞƏTLİ QƏTL
Gecə saatlarında QANLI CİNAYƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 