ONN İnformasiya Agentliyi

ABŞ İrana qarşı yeni hava əməliyyatı keçirib

ABŞ İrana qarşı yeni hava əməliyyatı keçirib
Bu gün, 11:41
ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirdiyi növbəti hava zərbələri mərhələsini yekunlaşdırıb.
ONN media xəbər verir ki, əməliyyat zamanı İran ərazisində yerləşən təxminən 90 hərbi obyekt hədəfə alınıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı açıqlamada bildirilib ki, zərbələrin əsas məqsədi İranın Hörmüz boğazında ticarət gəmiləri və mülki dənizçilərə qarşı mümkün hücum imkanlarını daha da məhdudlaşdırmaq olub.
Açıqlamaya əsasən, əməliyyat çərçivəsində hava hücumundan müdafiə sistemləri, sahilboyu müşahidə məntəqələri, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər vurulub.
CENTCOM əməliyyatın uğurla başa çatdığını və nəzərdə tutulan bütün əsas hədəflərin zərbələrə məruz qaldığını qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png