Yağan intensiv yağışlar və sel Zaqatala rayonunun bir sıra yaşayış məntəqələrinə ciddi ziyan vurub.
ONN media xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətindən Oxu.az-a hazırda ən ciddi problemlərdən birinin şəhərin içməli su təminatı ilə bağlı olduğunu bildirilib.
"Sel nəticəsində yaranan fəsadlar səbəbindən Zaqatala şəhərinin bəzi ərazilərinə suyun verilməsi təxminən 10 gün müddətində mümkün olmaya bilər. Eyni zamanda, İkinci Tala kəndində də içməli su təchizatının bərpasının 10-15 gün çəkəcəyi ehtimal edilir.
Ötən gün Vöhtala kəndi ilə əlaqə müvəqqəti olaraq kəsilsə də, əhalinin təhlükəsiz ərazilərə təxliyəsi həyata keçirilib.
Sel suları Vöhtala, Aşağı Çardaxlar, Bəhmədli və Lahıc kəndlərində də ciddi fəsadlar törədib. Meşleş kəndində isə təhlükəsizlik məqsədilə sakinlər təxliyə olunublar.
Hazırda adıçəkilən kəndlərdə elektrik enerjisinin verilişi hələ də bərpa edilməyib. Bundan başqa, Zaqatala şəhərinin "Qaqarin" adlanan ərazisində də dünəndən etibarən qaz və elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 1 saylı poçt binasını sel yuyub.
Həyətlərə su dolduğu üçün toyuq çüçə tələf olub, əkin sahələri, fındıq bağları, mövsümi tərəvəz sahələrinə ziyan dəyib.
Hazırda hava günəşlidir və aidiyyəti qurumların əməkdaşları selin fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər", - deyə məlumatda bildirilir.



SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
Prezident bu şəxsləri əfv etdi
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Neftçalaya yeni magistral su kəməri çəkilir - FOTO
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Prezident əfv sərəncamı imzaladı- Kimlərə şamil olundu?
İlham Əliyev fərman imzaladı
İlham Əliyev “A Haber” telekanalına müsahibə verdi (YENİLƏNDİ)
Prezident bu məhkəmələrə yeni sədrlər təyin etdi
Laçın – qara günlərin qara yağışı...
ABŞ İrana qarşı yeni hava əməliyyatı keçirib
Xırdalanda 20 yaşlı oğlanın meyiti tapıldı
DÇ: 1/4 final Fransa - Mərakeş matçı ilə başlayır
İnfarkt və insulta səbəb olan əsas yeməklər
Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu
Bu şəxslər işləmədikləri halda maaş alacaqlar
İran bu ölkələri hədələdi
Gənclər psixoloqlara üz tutur: “uşaqlıq travması” nədir?
Sabahın havası açıqlandı
Trampdan Türkiyəni sevindirəcək xəbər
Küləkli hava nə vaxta kimi davam edəcək?
FİFA-ya rəsmi müraciət ünvanlandı
Şuşaya növbəti köç karvanı yola düşdü
87 yaşında universitetə qəbul üçün sənəd verdi 