Ağ Ev İrana qarşı tələblərinin siyahısını dərc edib.
ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, bəyanatda deyilir:
“Prezident Tramp aydın şəkildə bəyan edib ki, İran heç vaxt nüvə silahının istehsalı ilə məşğul olmamalıdır. İran rejimi həmçinin heç vaxt qitələrarası ballistik və nüvə başlığı daşıya biləcək raketlər istehsal etməməli, raket texnologiyalarının digər ölkələrə ötürülməsini dayandırmalıdır”.
“İran “Hizbullah”, HƏMAS, “Taliban”, “Əl Qaidə” kimi terrorçu, ekstremist qruplaşmalarını dəstəkləməyə, İsraili məhv edəcəyi kimi bəyanatlar verməyə son qoymalıdır, Fars körfəzi və Qırmızı dənizdə naviqasiyanın dayandıracağına dair hədə-qorxu gəlməməli, Yəməndəki münaqişəni qızışdırmamalı, üsyançı husilələ silah-sursat ötürülməməlidir”, - deyə Ağ Evin bəyanatında qeyd olunub.
İran ABŞ-a və İsrail də daxil olmaqla, onun müttəfiqlərinə qarşı kiber hücumlara son qoymalı, insan haqlarının kobud şəkildə pozulması hallarına bir daha yol verməməli, ABŞ vətəndaşları daxil olmaqla əcnəbilərin qanunsuz həbsdə saxlanılmasına son qoymalıdır”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunacağını bəyan edib.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Tramp razılaşmanın pozulmasını istisna etməmişdi.



Makron bu dəfə İranı hədələdi
İranın ABŞ-la bağlı ŞOK TƏLƏBİ
Hücum etsə, İsraili darmadağın edəcəyik - İRAN
Almaniyada İrana qarşı SANKSİYA TƏLƏB EDİLDİ
İran nüvəni zənginləşdirir – İsraildən MÜNASİBƏT
Ya savaş, ya pul…-İran ABŞ-dan 50 milyard dollar istədi
İsrail: İrana hücum haqqına sahibik
İsrail İrana XƏBƏRDARLIQ ETDİ
İranın qərarı DÜNYANI SİLKƏLƏYƏCƏK: bu gündən başlayaraq...
İran gəmisi Qırmızı dənizdə hücuma məruz qaldı
İran İsrailə 500 dən çox raket atıb
İsrail qırıcılarını İrana göndərir: bu hədəflər vurulacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 