İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısı başlayıb.
ONN media APA-ya istinadən bildirir ki, fövqəladə zirvə toplantısı İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-də etdiyi müraciətdən sonra çağırılıb.
Zirvə toplantısının başlamasından əvvəl Türkiyə prezidenti Ərdoğan Fələstində cərəyan edən hadisələrə etiraz məqsədi ilə təşkil edilən "Zülmə lənət, Qüdsə dəstək" mitinqində çıxış edib.
İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısında Əfqanıstan, Qvineya-Bisau, İran, Qətər, Küveyt, Mavritaniya, Sudan, İordaniya, Fələstin və Şimali Kiprin dövlət başçıları, Fələstin, Qırğızıstan və Pakistanın baş nazirləri və İƏT-yə üzv olan 25 ölkənin xarici işlər nazirləri iştirak edir. Fövqəladə zirvə toplantısında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.
İstanbuldakı zirvə toplantısının açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Qüdsün bütün müsəlmanların mübarizəsi olduğunu" xatırladaraq, müsəlmanların o mübarizədə bir addım da geri addım atmayacaqlarını vurğulayıb. Ərdoğan 18 may tarixinin "Bəşəriyyət tarixinin şərəfinin xilas edildiyi gün" kimi tarixə keçəcəyini sözlərinə əlavə edərək, bu tarixin xristianlar və yəhudilər üçün də önəmli olduğunu deyib. Türkiyə prezidenti Ərdoğan Fələstin məsələsini yenidən BMT Baş Assambleyasında qaldıracaqlarını və bu dəfə daha təsirli nəticə əldə edəcəklərini bildirərək, buna paralel olaraq Ramazan ayında Fələstin xalqı üçün dünya miqyasında yardım toplayacaqlarını vurğulayıb.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının 14-15 aprel 2016-cı ildə İstanbulda keçirilən zirvə toplantısında Təşkilatın sədrliyi 3 illiyə Türkiyəyə keçib. Prezident Donald Trampın 6 dekabr 2017-cü ildə Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanıdıqlarını və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürüləcəyini açıqlamasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda fövqəladə zirvə toplantısı keçirilib. Zirvə toplantısının yekun bəyanatında Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı kimi tanınmasının elan edilməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.
Tel-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərin mayın 11-də keçirdikləri aksiyalara İsrail polisi və təhlükəsizlik qüvvələri müdaxilə edib.Lokal etiraz aksiyalarının davam etməsinə baxmayaraq, ABŞ-ın Tel-Əvivdəki səfirliyi mayın 14-də mərasimlə Qüdsə köçürülüb.



İlham Əliyev Astanada Zirvə toplantısında iştirak edir
İlham Əliyev Zirvə toplantısında iştirak edib
İlham Əliyev Türk Şurasının Zirvə toplantısında çıxış etdi
Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gedib
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
İstanbulda Türk Şurası dövlət başçılarının Zirvə görüşü başlayır
Xəzəryanı dövlətlərinin V Zirvə toplantısı öz işinə başlayıb
Ərdoğan İlham Əliyevə təşəkkür etdi
İmran Xan Qarabağ zəfəri münasibətilə İlham Əliyevi təbrik etdi
Ankarada Zirvə başladı- Prezident iştirak edir
Sabah Qüdsə görə bütün müsəlman dövlətləri bir araya gəlir - İstanbul zirvəsi
Ərdoğan dünya liderləri ilə Fələstində baş verən hadisələri müzakirə edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 