Ukraynanın “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna prezidenti adlandırıb.
ONN media Ukrayna KİV-inə istinadən xəbər verir ki, Timoşenko bu haqda Ali Radada çıxış zamanı bildirib.
“Vəkillərin iştirakı olmadan evə zorla daxil olaraq Ukrayna prezidentini evin damına çıxmağa məcbur etdilər. Gürcüstan, bağışlayın...”, - Tmoşenko səhvini düzəldib.
Ancaq o dərhal əlavə edib ki, Ukrayna lideri Pyotr Poroşenkonu evin damına çıxmağa məcbur etsəydilər, daha yaxşı olardı.
Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları Saakaşvilinin mənzilinə daxil olaraq axtarışlar aparıb. Odessa vilayətinin keçmiş qubernatoru yaşadığı binanın damına çıxaraq özünü aşağı atmaqla hədələyib. Saakaşvilinin intihar cəhdinin qarşısı alınıb və o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, Gürcüstanın sabiq prezidenti cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində şübhəli bilinir.
Siyasətçinin vəkili isə “Ukraynskaya Pravda” internet nəşrinə deyib ki, Saakaşvili dövlət çevrilişinə kömək etməkdə şübhəli sayılır.
Lakin sonradan Mixail Saakaşvilinin tərəfdarları onu aparan mikroavtobusun qapısını və pəncərələrini sındıraraq liderlərini azad ediblər. Saakaşvili öz tərəfdarlarını küçələrə çıxmağa və prezident Pyotr Poroşenko ilə onun ətrafına qarşı çıxış etməyə çağırıb.(publika.az)



Saakaşvili belə həbs olundu - VİDEO
Saakaşvili əsgər gedir
Saakaşvili Krımı qaytaracağına söz verdi
Timoşenkodan SƏRT ÇIXIŞ: ukraynalıların 70%-i...
Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazırdır
Ukrayna Saakaşvili ilə bağlı Gürcüstana müraciət etdi
Saakaşvili buraxıldı
Saakaşvili: "Odessanı sona qədər qoruyacağam"
Ukrayna Saakaşvillini deportasiya edir
Saakaşvilini yalnız əfv xilas edə bilər - Vəkildən AÇIQLAMA
Ukraynada limanların mühafizəsi gücləndirildi
Bakıda gənc qızın intihar səbəbi şok etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 