Tramp müttəfiq ölkələrdən İrandan neft idxalını dayandırmağı tələb edəcək.
ABŞ prezidenti Donald Tramp qlobal ticarət müharibəsində yeni bir cəbhə açır. Çin, Avropa İttifaqı və Türkiyədən idxal edilən bəzi məhsullara əlavə gömrük vergisi tətbiq edən Tramp, İranın gəlir mənbələrini kəsmək üçün də hərəkətə keçib.
ONN media "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ müttəfiq ölkələrdən İrandan neft idxalını dayandırmağı istəyəcək. Çin və Avropa İttifaqı başda olmaqla, bir çox ölkələrlə ticarət müharibəsinə girən Tramp digər cəbhədə də İranla neft müharibəsinə başlayır.
İranla nüvə müqaviləsindən çıxan, Tehranın gəlir qaynaqlarını kəsməyə çalışan Trampın müttəfiq ölkələrdən bu ilin 4 noyabrınadək İrandan neft idxalını dayandırmağı tələb edəcəyi bildirilir. ABŞ Dövlət Departamentinin bir rəsmisi deyib ki, rəsmi Vaşinqton bir çox ölkələrdən İrandan neft idxalını dayandırmalarını tələb edib.
"İrana qarşı sanksiyalar 4 noyabrda başlayacaq. Biz İrandan neft idxal edən əsas ölkələr olan Çin, Hindistan və Türkiyə ilə bu istiqamətdə, hələlik müzakirələrə başlamamışıq, lakin belə bir plan var" — Departament rəsmisi vurğulayıb.
Xatırladaq ki, Türkiyə iyunun 21-dən etibarən bəzi ABŞ məhsullarına əlavə gömrük vergisi tətbiq edib. Bu, ABŞ-dan idxal edilən məhsulların qiymətlərini artıracaq. ABŞ istehsalı olan 22 məhsula əlavə gömrük vergisi tətbiq edilib. Bildirilir ki, bu qərar həmin məhsulların qiymətinin 80 faiz artmasına səbəb olacaq.



ABŞ İrandan neft almağı QADAĞAN edir
Çavuşoğludan ABŞ-a SƏRT MÜNASİBƏT
İrana daha bir ZƏRBƏ
Tramp İrandan yeganə tələbini açıqladı
ABŞ İranla savaşa girəcək?
İrandan neft alan ölkələrə ABŞ-dan XƏBƏRDARLIQ
İran üçün halqa daralır- Əgər...
ABŞ İrandan müsadirə etdiyi nefti 27 mln dollara satdı
ABŞ İrandan neft alan şirkəti cəzalandırdı
Avropa İttifaqı ABŞ -a XƏBƏRDARLIQ etdi
Tramp: “İrana qarşı tezliklə yeni sanksiyalar tətbiq ediləcək”
ABŞ İrandan neft ixracının azaldığını bəyan edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 