Ermənistanın Dövlət Gəlirləri Komitəsinin müstəntiqləri ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın evində apardıqları axtarış zamanı bankların birində 6,8 milyon dollar məbləğində əmanətlər haqqında saziş aşkar ediblər.
ONN media bildirir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, saziş 2017-ci ilin ikinci yarısında Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və onun qızı Ani Sarkisyanla bağlanıb.
Məlumatda qeyd olunur ki, L.Sarkisyan 2017-ci il ərzində xüsusi tapşırıqlar üzrə səfir olub. Qanuna uyğun olaraq o, gəliri və maliyyə vəsaitləri barədə bəyannaməni təqdim etməli idi. Lakin o və qızı tərəfindən banka təqdim edilən bəyannamədə vəsaitlər göstərilməyib.
Bundan başqa, Sarkisyanın oğlu 2017-ci ildə əmlakı və gəlirləri barədə bəyannamə təqdim etməyib. Ötən il onun əmlakı qanuni gəlirlərin məbləğindən xeyli çox artıb.
Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində qanunsuz varlanma və digər maddələr üzrə cinayət işi başlanıb.
Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl Serj Sarkisyanın qardaşı iri məbləğdə yeyintidə də ittiham olunmuşdu. Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin mətbuat xidməti onun təsisçisi olduğu "CLC Proekt kompani" şirkətinin fəaliyyəti nəticəsində dövlətə 300 milyon dram (600 min dollardan çox) zərər dəydiyi barədə məlumat yaymışdı.



Sarkisyanın qardaşı qızını… - ŞOK
Məhkəmə Serj Sarkisyanın qardaşı oğlu barədə QƏRAR VERDİ
Serj Sarkisyanın qardaşı evdən qaçdı
Serj Sarkisyanın arvadı koronavirusdan öldü
Serj Sarkisyan Ermənistanda YENİ VƏZİFƏYƏ GƏLDİ
Sarkisyana daha bir ZƏRBƏ - Qardaşı oğlu...
Sarkisyanla bağlı ŞOK FAKTLAR- Belə də olmalı idi...
Sarkisyanın evinin zirzəmisində...-ŞOK TƏFƏRRÜAT
Sarkisyanın ölkədən çıxışına QADAĞA QOYULDU
Serj Sarkisyanın baş nazir postuna namizədliyi irəli sürülüb
Serj Sarkisyan istefa verib
Sarkisyanın istefası anası ilə bağlıdır?
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 