İsrail parlamentinin (Knesset) İsraili "Yəhudi Milli Dövləti" kimi tanıyan qanun layihəsini qəbul etməsi Türkiyə tərəfindən sərt qarşılanıb.
ONN media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Təl-Əvivin sözügedən qanunla İsrail vətəndaşı olan fələstinlilərin hüquqlarını heçə saydığını bildirib.
“İsrail parlamentində qəbul edilən “Yəhudi Milli Dövləti” qanunu ümumi hüquq prinsiplərini və İsrail vətəndaşı olan fələstinlilərin hüquqlarını heçə sayır. Öz müqəddəratını təyin etmək hüququnun yalnız yəhudilər üçün bir haqq olaraq təyin olunması ayrı-seçkiliyin yer aldığı zehniyyətin məhsuludur. Beynəlxalq ictimaiyyət də İsrail hökumətinin iki dövlətli həll prosesini aradan qaldırmağa yönəlik bu hərəkətinə reaksiya verməlidir”, - nazirliyin bəyanatında deyilir.
Qeyd edək ki, İsrail parlamentinin qəbul etdiyi yeni qanun İsraili “yəhudi millətinin milli evi elan edir” və yalnız ivrit dili dövlət dili elan olunur. Ərəb dili isə hələ ki, formal olaraq xüsusi statusda qalır.
“Bu, İsrail dövləti və sionizm tarixində xüsusi bir andır. Biz qanunda varlığımızın əsas prinsipini təsbit etdik: İsrail – bütün vətəndaşlarının fərdi hüquqlarına hörmət edən, yəhudi xalqının milli dövlətidir. Bütün Yaxın Şərqdə yalnız İsrail bu hüquqlara hörmət edir” – baş nazir Benyamin Netanyahu bildirib.
Parlamentdə bu qanunun lehinə 120 deputatdan 62-si səs verib. 55 deputat əleyhinə səs verdiyi halda, 2 deputat səs verməkdən imtina edib. Səsvermə zamanı parlamentin ərəb millət vəkilləri bu qanunun əleyhinə səs verməklə qalmayıb, elə səsvermə zamanı qanun layihəsinin vərəqlərini cırıblar.
Sağ qanadlı düşərgənin qanunvericilik təşəbbüsünə qarşı ərəblərlə yanaşı, sol və mərkəzçi sionist partiyaları səs veriblər.



Azərbaycan XİN İsraili təbrik etdi
Türkiyədə 9 İran casusu ələ keçdi
İsrail Azərbaycanı belə təbrik etdi
İsrail müharibə vəziyətinə keçdiyini elan etdi
Azərbaycanın səfirlik açmasına İsraildən reaksiya
İsrail öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ
İsrail BƏƏ ilə yeni razılaşma imzaladı
Fələstindən İsrailə müharibə siqnalı: Danışıqlar bitdi
İsrail HƏMAS-a zərbə endirib
İsrail XİN-dən soydaşlarına XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 