ABŞ Ankaranın narahatlığına səbəb olan məsələlərə anlayışla yanaşarsa, Türkiyəylə münasibətlərini xilas edə bilər.
ONN media xəbər verir ki, bu haqda “Daily Sabah” qəzetində Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın yazıb.
“Münasibətləri xilas etmək və onları yeni səviyyəyə çıxarmaq olar. ABŞ administrasiyası bunun üçün təhlükəsizliyin təmin olunması planında Ankaranın narahatlığına səbəb olan məsələlərə anlayışla yanaşmalıdır. Türkiyə NATO üzrə müttəfiqin hərəkətlərinə məhəl qoymaya bilməz. Bu hərəkətlər həm ölkə daxilində, həm də xaricində Türkiyənin milli təhlükəsizliyini hədələyir. Türkiyənin ünvanına səsləndirilən təhdidlər işləməyəcək, yalnız ikitərəfli münasibətlərə zərər gətirəcək”, - Kalın qeyd edib.
Prezidentin sözçüsü həmçinin xatırlatdı ki, son illərdə Birləşmiş Ştatların hərəkətləri Türkiyəylə strateji münasibətlərə ciddi zərər verib.
Xatırladaq ki, iyulun 26-da ABŞ-ın prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlar səsləndirib. Donald Tramp və Mayk Pens bir-birinin ardınca bildiriblər ki, amerikalı rahib Andrey Kreyk Brunson tamamilə azad edilməyəcəyi halda, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cavabında bildirib ki, Türkiyəyə kimsə əmr verə bilməz. Həmçinin Türkiyə parlamentinin sədri Binəli Yıldırım qeyd edib ki, Türkiyədən təhdid dili ilə nəsə tələb etmək mümkün deyil.



Kalın: "Bu ərazilər Türkiyənin nəzarətində olmalıdır"
Türkiyədən ABŞ-a SƏRT XƏBƏRDARLIQ
Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib
Türkiyənin bu qərarını anlayışla qarşılayırıq - Rusiya XİN
Ərdoğanın Stoltenberqlə qapalı görüşü 35 dq çəkdi
İbrahim Kalın koronavirusa yoluxdu
Qarabağ gec-tez azadlığına qovuşacaq - İbrahim Kalın
Kalın: “Cənubi Qafqaza sülh ancaq bundan sonra gələcək”
Ərdoğan Brüsselə getdi
Ərdoğan bu heyətlə Azərbaycana GƏLİB
Ermənistanla sülh müqaviləsinin imzalanması... - Kalın
Ankaradan ABŞ -a SƏRT BƏYANAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 