Türkiyə Vaşinqton üçün mühüm strateji önəmə malik olan bir ölkədir və Türkiyənin iştirakı olmadan bölgədə hər hansı bir dəyişikliyə nail olmaq da mümkün deyil.
ONN media xəbər verir ki, bu sözləri Çavuşoğlu-Pompeo görüşünün yekununu şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitikin sözlərinə görə, görüşün müsbət nəticə verməsinin əsas səbəblərindən biri Türkiyə parlamentindəki partiyaların ABŞ-ın sanksiya qərarına sərt reaksiya verməsi ilə bağlıdır:
“Ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu da ABŞ-ın sanksiya qərarına qarşı sərt addımlar atılmasının gərəkdiyini, hətta İncirlikdəki bazanın qapadılmalı olduğunu bildirib. Bu isə Birləşmiş Ştatların qərarının Türkiyənin ictimai rəyində dəstəkçisinin olmadığından və Vaşinqtonun Türkiyədə tamamilə gözdən düşə biləcəyindən xəbər verir. Sanksiya qərarı ABŞ-ı təkcə Türkiyənin siyasi hakimiyyəti ilə deyil, bütövlükdə türk xalqı ilə qarşı-qarşıya qoyub. Münasibətlərin bundan daha kəskin müstəviyə qədəm qoyması Birləşmiş Ştatlara yaxşı heç nə vəd etmir. Türkiyə Vaşinqton üçün mühüm strateji önəmə malik olan bir ölkədir və Türkiyənin iştirakı olmadan bölgədə hər hansı bir dəyişikliyə nail olmaq mümkün deyil”.
E.Mirzəbəyli hesab edir ki, xarici siyasət idarəsi rəhbərlərinin görüşü yaxın zaman kəsiyində tərəflər arasında gərginliyin müəyyən qədər səngiməsinə səbəb olacaq:
“Lakin bu, iki dövlət arasındakı problemlərin həll olunacağı anlamına gəlməməlidir. ABŞ-ın sanksiya qərarı iki ölkə arasındakı münasibətlərin mahiyyətinə, müttəfiqliyə uyğun gəlməyən, həddindən artıq kobud və ləyaqətsiz bir davranışdır. Türkiyə cəmiyyəti bu qərarı milli qürurunun tapdanması kimi qəbul edir və Vaşinqtonun hansı addım atacağından asılı olmayaraq, Türkiyədə ABŞ-a olan münasibət hələ uzun müddət dəyişməyəcək”.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Sinqapurda görüşüb.
Mövlud Çavuşoğlu görüşdən sonra jurnalistlərə açıqlamasında ABŞ və Türkiyənin mövcud problemlərlə bağlı birlikdə çalışmaq barədə razılığa gəldiyini bildirib.



S-400 CAATSA qanunundan əvvəl alınıbsa... - Çavuşoğlu AÇIQLADI
Çavuşoğludan ABŞ-a SƏRT MÜNASİBƏT
Çavuşoğlu və Pompeo telefonda danışdı - Nələr müzakirə edildi?
Zelenski və Putinin Türkiyədə görüşü... – Çavuşoğlu
Türkiyə XİN: Dünya buna məcbur deyil
Pompeo Çavuşoğlunun dəvətini qəbul etmədi
ABŞ bu iki ölkəyə sanksiya tətbiq edib
Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ
NATO-dan sanksiya açıqlaması
XİN: Ankara bu qərarı cavabsız qoymayacaq
Çavuşoğlu: Türkiyə xalqı ABŞ-ı dostu və müttəfiqi hesab etmir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 