Rusiya Ermənistan Baş naziri Nikol Paşinyana qarşı payızda böyük etirazlar təşkil edəcək.
ONN media xəbər verir ki, bunu "Novaya qazeta" qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib:
"Qafqaz sürətlə dəyişir. Ermənistana baxın. Tam nəzarət yoxdur. Təkcə hərbi nəzarət və Rusiya təbliğatı xalqın iradəsini dayandırmaq gücündə deyil. Putin Ermənistanı rahat buraxan deyil. Məncə payızda Paşinyana qarşı etiraz dalğası qaldırılacaq. Paşinyan hər vasitə ilə çalışır ki, Putini razı salsın. Putini isə heç cür razı salmaq mümkün deyil. Putin görmədi ki, ayağa qalxan qərbyönlü, ingilisdilli gənclərdir. Üstəlik hazırda Ermənistanda rus ordusu ilə bağlı böyük qıcıqlanmalar da mövcuddur. Bu ordu Ermənistanda özünü işğalçı kimi aparır və bu da insanları qıcıqlandırır".
Saakaşvilinin sözlərinə görə, Paşinyan həmçinin KTMT rəhbəri Xaçaturov, "Qazprom"un Ermənistandakı rəhbəri Köçəryana qarşı gedir:
"Bunlar Rusiyanın Ermənistandakı dayaqlarıdır. Mən Paşinyanın Moskvada nə dediyini bilmirəm, amma Putin belə şeyləri həzm etmir. İndi istənilən halda Paşinyanı devirməyə çalışacaqlar. Bu məndə heç bir şübhə yaratmır. Paşinyanın böyük problemləri başlayacaq, aksiyalar start götürəcək. Moskvadakı oliqarxlar Paşinyana qarşı böyük pullar verəcəklər ki, Ermənistanın daxilində mütəşəkkil cinayətkarlığı gücləndirsinlər. Onun çox az vaxtı qalıb və məncə o, əlində rıçaqları olduğu zaman ətrafına yeni adamları boşuna toplamayıb. Problem odur ki, Paşinyan hüquq-mühafizə sistemini dağıtmadan Köçəryanı həbs etmək istəyir. Lakin köhnə hüquq-mühafizə sistemi onun qərarlarını sabotaj etməyə çalışacaq. Paşinyan hər şeyi doğru edir, amma sistemi dəyişmir. Bu köhnə sistem zamanı gələndə onun əmrlərini icra etməkdən imtina edib, özünə qarşı işləyəcək", - deyə o bildirib.



Putin Paşinyana ZƏNG ETDİ
Putin Paşinyana ZƏNG ETDİ
Putinlə Paşinyan Moskvada görüşdü
Putinlə Paşinyan bu tarixdə görüşəcək
Paşinyan Putini təbrik etdi
Paşinyan Bakıya görə Suriyaya əsgər göndərdi – Şok
Putindən Paşinyana "TƏRS ŞİLLƏ"- Üzrlü say Nikol
Putin Ermənistana gedəcək
Erməni qızdan Paşinyana ŞOK: Azərbaycan vətəndaşı olacam
Putin İlham Əliyev və Paşinyana hədiyyə təqdim etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 