ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibə elan etməsindən sona müxtəlif ölkələr Ankaraya dəstək mesajları verir.
ONN media xəbər verir ki, Rusiya, İtaliya, Almaniya, İran, Pakistan, Livan və Qətər ABŞ-ın hücumları qarşısında Türkiyəyə dəstək verdiklərini bəyan ediblər. Bir çox ərəb ölkəsində isə dollarları türk lirəsinə dəyişdirmək üçün kampaniya başlayıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-ın Türkiyəyə hücumlarının heç bir nəticə verməyəcəyini bildirib.
İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanesi Türkiyə ilə həmrəylik nümayiş etdirdiklərini bəyan edib.
Almaniyanın iqtisadi və enerji naziri Peter Altmaier ABŞ-ın Türkiyə və Çinə qarşı gömrük vergisini artırmasını tənqid edib və bunun hüquqa zidd addım olduğunu bildirib.
"Türkiyə iqtisadiyyatının sabitliyi bizim də maraqlarımıza uyğundur”, - deyə o vurğulayıb.
Pakistanın Xarici İşlər Nazirliyi "Həmişə olduğu kimi yenə də Türkiyənin yanındayıq” deyə bəyan edib.
Rusiya prezidentinin mətbuat katibi Türkiyənin milli valyuta ilə ticarət aparmaq çağırışına dəstək verdiklərini bildirib.
Qətərli yazar və media rəhbəri Jaber Əl-Harmi türkcə tvit ataraq, "ABŞ-ın Türkiyəyə iqtisadi müharibə elan etməsi gözlənilən şeydir. Türkiyənin müsəlman bir ölkə olaraq iqtisadi və siyasi baxımdan müstəqil olmasını qəbul edə bilmirlər. Lakin bəzi ərəblərin Türkiyəyə qarşı hücuma sevinmələri və dəstək vermələri böyük alçaqlıqdır” deyə yazıb.
Bununla yanaşı, Qətər vətəndaşlarının bir çoxu dollarlarını türk lirəsinə çevirərək, dəstək veriblər.
Livanın Saydada şəhərində də dolların türk lirəsinə çevrilməsi kampaniyası başlayıb.
Tramp BUNU GÖZLƏMİRDİ - Dünya dolları...



Tramp BUNU GÖZLƏMİRDİ- Artıq dünya...
Ərdoğanın üzünə baxa-baxa ELAN ETDİ: Trampa gözlənilməz ZƏRBƏ
Ankarada üçtərəfli görüş keçiriləcək
Türkiyə BACARDI: Dollar ucuzlaşdı
Pakistandan Türkiyəyə dəstək mesajı
Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
Türkiyə və Pakistan XİN başçıları görüşüb
İran XİN rəhbərinin Türkiyəyə səfəri niyə son anda ləğv olundu?
Sergey Lavrov Türkiyəyə səfər edəcək
Çavuşoğlu Azərbaycana belə dəstək oldu
Şuşada mühüm iclas başladı
ABŞ -dan Türkiyəyə təşəkkür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 