Filippin Prezidenti Rodriqo Duterte ABŞ-dan F-16 qırıcı təyyarələrini almaqdan imtina edərək, onları tamamilə faydasız adlandırıb.
ONN media xəbər verir ki, bu barədə R.Duterte Davo şəhərində hərbçilər qarşısında çıxışı zamanı bildirib.
“Bizə F-16-lar lazım deyil. Lakin onlar bizi təhqir etmələrinə baxmayaraq, bu məsələni bir daha qaldırırlar” – Duterde söyləyib.
Dövlət başçısının bu cür reaksiyasına ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin, Dövlət katibi Mayk Pompeonun və Ticarət naziri Uilbir Rossun imzaladıqları birgə məktub səbəb olub. R.Dutertenin sözlərinə görə, Vaşinqtonun bu addımı Filippin hökumətinə qarşı çoxsaylı çıxışlardan sonra “barışıq” cəhdi təsiri bağışlayır.
Filippin Prezidenti qeyd edib ki, F-16-ların əvəzinə Filippinə qiyamçılarla mübarizə aparmaq üçün yüngül, porşenli təyyarələr lazımdır. O, həmçinin ABŞ-ı ölkənin silahlı qüvvələrinin müasirləşməsinə maneə yaratmaqda günahlandırıb.
Bununla yanaşı, R.Duterte vurğulayıb ki, Vaşinqton ilə Manilanı dost adlandırmaq çətindir:
“Biz dostuq, lakin unutmaq lazım deyil ki, bu, illər əvvəl bizim müstəmləkə olmağımızla bağlıdır. Biz belə dostluğa razılıq verməmişik”.
Xatırladaq ki, ötən ilin mayında R.Duterte ordu ilə yaraqlılar arasında baş verən silahlı toqquşmadan sonra cənubda yerləşən Mindanao əyalətində fövqəladə vəziyyət elan edib. Döyüşlər əsasən Maravi şəhərində gedib. Həmin döyüşlər zamanı 160 hərbçi həlak olub, 1700 nəfər yaralanıb və 800 yaraqlının məhv edilib.



İlham Əliyev Putinlə görüşəcək
Çindən Filippinə XƏBƏRDARLIQ
Prezident Filippinin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Avtobus dərəyə aşdı - 19 ölü, 25 yaralı
Pompeo Rusiya barədə şərh verməkdən İMTİNA ETDİ
Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı
Tramp: "Bizə vasitəçilər lazım deyil"
Filippin sahillərində 5,2 bal gücündə ZƏLZƏLƏ
FIBA 13 basketbolçunu cəzalandırdı
Filippinə məxsus hərbi helikopter qəzaya uğradı
Soçidə Putinlə Pompeonun görüşü başladı
Tramp şərtini açıqladı
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 