Beynəlxalq Basketbol Federasiyası (FIBA) Filippin və Avstraliya millisinin üzvlərini cəzalandırıb.
ONN media xəbər verir ki, buna səbəb basketbolçuların bu komandalar arasında 2019-cu il dünya çempionatının seçmə mərhələsinin oyunu zamanı baş verən kütləvi davada iştirak etmələridir.
İnsident nəticəsində, ümumilikdə, 13 idmançı meydançadan kənarlaşdırılıb. Oyun 3 filippinli və 5 avstrailiyalı basketboçunun iştirakı ilə davam etdirilib. Lakin bir qədər sonra təkrar dava düşüb və matç yarımçıq dayandırılıb.
İnsidentlə bağlı ölçü götürən FIBA Filippin yığmasının 10 basketbolçusunu 1 - 6 matçlıq, Avstraliya millisinin 3 oyunçusunu isə 1 - 3 görüşlük diskvalifikasiya edib. Həmçinin Filippin kollektivinin məşqçilər korpusu 10 min İsveçrə frankı məbləğində cərimə ödəyəcək və yığmanın növbəti 3 oyununu buraxacaqlar.
Avstraliya Basketbol Federasiyası isə avadanlıqların korlanması və əməkdaşlarının davranışına görə 100 min İsveçrə frankı məbləğində cərimələnib. FIBA oyunun hakimlər briqadasını da 1 illik cəzalandırıb.
Qeyd edək ki, 2019-cu il dünya çempionatı 31 avqust - 15 sentyabrda Çində keçiriləcək.



İlham Əliyev və Mehriban Əliyeva Uels-İsveçrə matçını izlədilər
Almaniya yığmasının əməkdaşları cərimələndi
Danimarka və Avstraliya arasında oyun başladı
Türkiyə çempionatı ləğv edildi - Çempion müəyyənləşmədi
Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı
Rusiyadan Dağlıq Qarabağla bağlı 2 milyonluq İANƏ
Messi sevənlərə üzücü xəbər
Avstraliyadan açıqlama: Xocalını unutmadıq…
Koronavirusla bağlı DƏHŞƏTLİ RƏQƏM
İki ailə arasında kütləvi davada 11 nəfər xəsarət alıb
Emin Əmrullayevə yeni vəzifə verildi
Serbiya - Azərbaycan matçında hesab bərabərləşdi - YENİLƏNİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 