"Mən artıq siyasətə qayıtmışam".
ONN media xəbər verir ki, bunu NTV televiziyasına müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.
"Mən Ermənistanın 10 il prezidenti olmuşam. Bu 10 il ərzində Ermənistanın ümumdaxili məhsulu 5 dəfə artıb, büdcəmiz isə 8 dəfə böyüyüb. Sizin İrəvanda gördüyünüz maraqlı tikililərin hamısı o dövrdə tikilib", - deyə o bildirib.
Özünün bundan sonrakı dönəmdə hansı partiya və ya koalisiya ilə hərəkət edəcəyi sualına isə Köçəryan bugünkü problemləri görən hər kəsi öz ətrafında birləşdirəcək ciddi mərkəz ola biləcəyini deyib. O, həmçinin Ermənistandakı mövcud vəziyyəti saxlanılması mümkün olmayan populizm adlandırıb:
"Sonuncu mitinqdə (Paşinyanın son mitinqi nəzərdə tutulur) bəyan edilir ki, Ermənistanda de-fakto yeni dövlət idarəetmə sistemi yaradılıb və inqilab meydanı xalq hakimiyyətinin ali orqanı elan edilib. Bu, zarafat deyil. Bizim Konstitusiyada meydanın xalq hakimiyyətinin ali orqanı olacağıyla bağlı heç bir şey yoxdur. Bundan sonra deyilir ki, hökumət bu meydan qarşısında məsuliyyət daşıyır. Bu o deməkdir ki, bütün vacib daxili siyasi və iqtisadi məsələlər bu meydanda müzakirə ediləcək. Ermənistanda baş verənlər qarşısıalınmaz populizmdir. Bunun nəticələri uzun müddət ərzində ölkənin inkişafına maneə törədəcək. Mən hətta düşünürəm ki, elektrik enerjisi, kommunal xidmət, təqaüd həcmləri, maaşlar, vergi qanunvericiliyi də yəqin ki, bu meydanda müzakirə ediləcək. Bu, sadəcə təcrübənin olmaması deməkdir.
Hazırkı inqilabi eyforiya uzun müddət qala bilməz. İnqilabdan sonra kiminsə həyatının yaxşı olmasıyla bağlı siz bir nümunə çəkin! Misir, Tunis, Suriya, Liviyadamı vəziyyət yaxşıdır? İnsanların həyatı pisləşib. Bəlkə, Ukraynada vəziyyət yaxşılaşıb? Ərazi itkisi, həyat keyfiyyətinin itməsindən başqa heç nə əldə etməyiblər. Bəlkə Gürcüstan? Ərazilərini itiriblər. Mənə sadəcə bir nümunə göstərin..."



“Böyük siyasətə qayıtdım” - Köçəryan
Köçəryan yeni partiya yaratmağa hazırlaşır?
Bakı buna razı olmasa, nə baş verəcək? – Köçəryan
Ermənistan növbədənkənar seçkiyə gedəcək - Köçəryan
Köçəryan və Sərkisyan, siz vətən xainisiz - Paşinyan
Köçəryan Paşinyanı təhqir etdi: Debilizmdir!
Köçəryan İrəvanı ikiyə parçaladı: Polis araya girdi
Mənim cinayət işim tarix dərsliklərinə düşəcək – Köçəryan
Köçəryanla Paşinyan arasında nə baş verir?
Putinlə Köçəryan yenə telefonla danışdı - SON DƏQİQƏ
Köçəryan koronavirusa yoluxdu, Moskvaya gedə bilmədi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 