Ermənistanın keçmiş prezidenti, hazırda seçkilərə “Ermənistan” (Hayastan) bloku ilə qatılan Robert Köçəryan seçicilərinə ağlasığmaz və revanşist vədlər verməkdə davam edir.
ONN media xəbər verir ki, Köçəryan Hadrutu yenidən “qaytaracağı”na (işğal edəcəyinə) böyük ölçüdə ümid etdiyini bildirib.
Dilicanda seçicilərlə görüşdə Köçəryan iddia edib ki, Şuşanın da “qayıdacağına” “qismən inanır”.
Onun arqumenti isə belədir: keçmiş və 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin “sərhədi”nin bərpası ilə bu, mümkündür.
Köçəryan deyib ki, bu proses iki il vaxt ala bilər:
“Ancaq belə bir ciddi danışıqlar üçün müttəfiqlərlə əlaqələri bərpa etmək lazımdır. Bunun ardınca siz görəcəksiniz ki, bu məsələnin həlli mümkündür. Bu məsələni məndən yaxşı heç kim həll edə bilməz”.
Köçəryan davamında Rusiyadakı erməni biznesmenlərlə danışıqlar apardığını, ermənilərin Qarabağa köçürülməsi üçün tikinti işləri görəcəyini də vəd edib. O bildirib ki, bu işə “Hayastan” fondundan 100 milyon dollar ayrıla və kəndlər böyüdülə, çoxsaylı evlər tikilə bilər.
Qeyd edək ki, Köçəryan revanşist iddialarla seçkiyə girib və yenə də xalqı uçuruma aparan vədlər verməklə məşğuldur. İşğalı davam etdirməyə çalışan Köçəryan yeni reallıqları qəbul etməməklə faktiki olaraq Ermənistanın bir dövlət kimi varlığını artıq sual altına alır. Çünki bu işğalçı ünsür hələ də Türkiyənin artıq regionda olduğunu, Azərbaycanın Qafqazın ən qüdrətli dövlətinə çevrildiyini və Rusiyanın Putinin simasında Bakı ilə ciddi müttəfiqlik əlaqələrinə malik olduğunu dərk etmir.(axar.az)



Ordumuzun hücumuna Köçəryan hüquqi zəmin yaradacaq
Köçəryan yeni partiya yaratmağa hazırlaşır?
Köçəryan və Sərkisyan, siz vətən xainisiz - Paşinyan
Köçəryan kapitulyasiya gününü belə qeyd edəcək
Köçəryan: “Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hərbi ekspertlərimiz belə anlaya bilmir”
Köçəryanın növbəti məqsədi nədir?
Köçəryanın tərəfdarları yeni aksiya keçirdi
Köçəryan İrəvanı ikiyə parçaladı: Polis araya girdi
Paşinyandan xalqa müraciət: Ermənistan Qarabağın əvəzinə...
Putinlə Köçəryan yenə telefonla danışdı - SON DƏQİQƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 