ONN media xəbər verir ki, Fransız balıqçıları İngiltərə kanalında ingilis balıqçılarına qarşı sərt qaya parçaları və tüstü bombaları atmaqda ittiham olunurlar.
Toqquşma Sein körfəzində, Normandiya sahillərinə 22km-lik məsafədə baş verib.
İngilis qayıqçılarının bu ərazilərdə balıq ovuna icazə verilməsinə baxmayaraq, mövsümə uyğun olmayan balıq növlərini ovlaması fransızları hövsələdən çıxarıb.
Böyük Britaniyalı balıqçılar Fransa bölgədə "əsas qaynaq" funksiyasını itirməyənə qədər hökumətdən onları qorumasını tələb ediblər.
Bazar ertəsi günü təxminən 40 Fransız qayığı İngilis qayıqlarının ərazidə "talançılıq" etdiyini əsas gətirərək rəqiblərinə qarşı sərt tədbirlər görüblər.
"Fransızlar ingilislərlə əlaqə qurdular və ovu dayandırmağı tələb etdilər. Bundan sonra aralarında ziddiyyətlər başladı. Gördüyümüz qədəriylə bir-birlərinə qarşı qaya parçaları atmağa başladılar. Ancaq xoşbəxtlikdən heç kim xəsarət almadı", - deyə Normandiyanın balıq ovu rəhbəri Dmitri Roqof bildirib.
Hadisə nəticəsində Fransanın 3, İngiltərənin 2 qayığı zədələnib.
Qeyd edək ki, tərəflər arasında gərginlik 15 ildir davam edir. Əvvəlki razılaşmaya əsasən, İngilis qayıqları il boyu balıq ovu ilə məşğul ola bilər, amma Fransa tərəfinin 1 oktyabr və 15 may tarixləri arasında qəbul etdiyi yeni qanun bir sıra balıq növlərinin ovunu məhdudlaşdırır. Qanuna əsasən, 1 oktyabr tarixinə qədər ərazidə balıq ovuna icazə verilmirdi.
İngiltərə tərəfi məsələyə münasibət bildirərək, bunun qeyri-obyektiv bir addım olduğunu və ingilis qayıqlarının orada tam hüquqi əsaslarla ov etdiyini bildirib.



Lerikdə uçquna görə bağlanan yol açıldı
İngiltərə: “ABŞ-ın sanksiyalarından məmnunuq”
Azərbaycanlı tələbələrdən böyük uğur
İŞİD lideri MƏHV EDİLDİ
Bu gündən qadağa başladı
Lerikdə qaya uçqunu: yol bağlandı
Su Nəqliyyatında Polis İdarəsindən XƏBƏRDARLIQ
Azərbaycanda uçqundan sonra bağlanan yol açıldı
Fransa və Almaniya Rusiyaya qarşı sərt addımların anonsunu verib
Makrona qarşı çağırış edildi
Depardye Makrona etiraz etdi: Müsəlmanlar nə edib ki?
Fransa ilə Britaniya arasında gərginlik PİK HƏDDƏ
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ 