ONN İnformasiya Agentliyi

Əgər Britaniya AB-dən çıxsa...- Nə baş verəcək?

Əgər Britaniya AB-dən çıxsa...- Nə baş verəcək?
4-09-2018, 13:49


Böyük Britaniya Avropa Birliyindən çıxarsa, Şotlandiya Birləşmiş krallıqdan ayrılaraq müstəqil olmaq istəyəcək.

ONN media xəbər verir ki, bu barədə "Röyters" "Deltapoll"un keçirdiyi sorğuya əsasən məlumat yayıb. Sorğuda iştirak edən 1,022 insan Britaniyanın AB-dən çıxacağı təqdirdə növbəti referendumda 47% Şotlandiyanın müstəqillliyi lehinə, 43% əleyhinə səs verəcəyini açıqlayıb. 10% isə mövqe bildirməyib. 

Qeyd edək ki, 2016-cı ildə şotlandların əksəriyyəti ölkənin AB-nin tərkibində qalması üçün səs vermişdilər. Ancaq Britaniya gələn il martın 29-da birliyi tərk etməlidir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png