Böyük Britaniyanın Baş naziri Tereza Meyin Brexitin qısamüddətli uzadılması üçün müraciəti Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker tərəfindən rədd edilib. ONN media xəbər verir ki, o, deputatlarla razılaşmaq üçün son tarixin aprelin 12-si olduğunu bildirib. Avropa Komissiyasının prezidenti qeyd edib ki, təyin olunan vaxta qədər müqavilə təsdiqlənməlidir, əlavə müddət olmayacaq. Çünki hər hansı bir gecikmə Avropa Parlamentinə keçiriləcək seçkilərə təhlükə yarada bilər ki, bu da Avropa İttifaqının fəaliyyətini təhdid edir. Ötən gün Tereza Mey bildirmişdi ki, Böyük Britaniya hökuməti Avropa İttifaqından “Brexit”in müddətinin uzadılması haqqında xahiş edəcək. Qeyd edək ki, Britaniya hökuməti və parlamenti Avropa İttifaqından çıxışın ən yaxşı variantı üzrə razılaşa bilmir. “Brexit” martın 29-da tamamlanmalı olsa da, Avropa İttifaqı ilə müqavilə parlamentdə qəbul olunmayıb. Bundan sonra Avropa İttifaqı “Brexit”i şərti olaraq təxirə salmağa razılıq verib. İttifaq liderlərinin zirvə görüşündə qəbul edilən qərara əsasən, əgər Britaniya parlamenti “Brexit” müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək. Müqavilə təsdiqlənmədiyi təqdirdə, “Brexit” aprelin 12-dək təxirə salınacaq. Xatırladaq ki, Britaniya hökuməti Avropa İttifaqını tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilərin keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub.
Tereza Meyin bu təklifi rədd edildi



Mey bu tarixdə istefa verəcək - AÇIQLAMA
“Brexit”lə bağlı son durum
Baş nazirin təklifi etirazla qarşılandı
Brexit yenə rədd edildi
40 deputat Tereza Meyin istefasına qarşı çıxmağa hazırdır
“Avropa İttifaqı SSRİ kimi həbsxanaya çevrilir”-ITTIHAM
Tereza Meyə ağır zərbə...
Britaniya kraliçası “Brexit” sazişini təsdiqlədi
Tereza Meydən "Brexit"lə bağlı TƏKLİF
Tereza Mey istefaya gedə bilər?
23 Britaniyalı diplomat Moskvanı tərk edir
İngiltərə parlamenti “Brexit”i təsdiqlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 