Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfirliyinin əməkdaşları, habelə Britaniya Şurasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan və Böyük Britaniya arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticari, mədəni, təhsil və digər sahələrdə münasibətlərin 30 illik inkişaf yoluna nəzər salıb və iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.
Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp Azərbaycan və Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyini bildirib. Səfir bp və digər Britaniya şirkətlərinin Azərbaycandakı fəaliyyətini vurğulamaqla yanaşı, Azərbaycanın da öz növbəsində Avropanın enerji təhlükəsizliyinə töhfəsini məmnunluqla qeyd edib.
Sonra çıxış edən Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçıları Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.



İlham Əliyev Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul etdi
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev Consonu təbrik etdi
İlham Əliyev Boris Consonu təbrik etdi
İlham Əliyev Britaniyanın Baş nazirinə məktub göndərib
Prezident Elin Süleymanovla bağlı sərəncam imzaladı
İlham Əliyev kraliça II Elizabeti təbrik edib
İlham Əliyev Böyük Britaniya Kralını təbrik etdi
Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Bakıya gəldi
İlham Əliyev Britaniyanın yeni baş nazirini təbrik etdi
Bayramov britaniyalı nazirlə müzakirə apardı
İlham Əliyev Consonun elçisini qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 