Ermənistanın baş naziri Nikol Paşinyan noyabrda istefa verəcək. Bununla da “B” planını işə salaraq noyabr-dekabr aylarında Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacaq.
ONN media AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti hökumətdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Paşinyan gələn ilin yazınadək reytinqinin aşağı düşəcəyini çox gözəl dərk edir. Çünki həmin vaxt artıq onun hakimiyyətdə olmasının bir ili tamam olacaq və çətin ki, başı siyasi intiqama və kreslosunu möhkəmlətməyə qarışan Paşinyan sosial rifah və “iqtisadi bum”la bağlı erməni xalqına verdiyi çəhrayı vədləri yerinə yetirə bilsin. Bu səbəbdən də, yeni hakimiyyətin tərəfdarları ordusunun sayında əhəmiyyətli azalmalar baş verəcək. Bunu dərk edən Paşinyan qışda əhalinin inqilab ruhu soyumağa başlamadan, liderlik etdiyi hərəkatın reytinqindən istifadə edib payızda növbədənkənar seçkilərə gedəcək. Bununla da Respublikaçıların əl-qolunu bağlamağa çalışacaq.
“Nikol Paşinyan anlayır ki, konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək. Çünki indiki tərkiblə parlament bu dəyişikliklərin lehinə səs verməyəcək. Belə olduqda, parlamentin yenidən formalaşdırılmasının yeganə yolu onun istefasıdır. Və parlament əksəriyyətinin – Respublikaçılar partiyasının başqa bir namizəd irəli sürərək onu baş nazir edə bilməməsi üçün Paşinyan 24 saatlıq fasiləsiz mitinqlər təşkil edərək parlamentin binasını bloklamaq və minimum 2 həftə ərzində yeni iclasın çağırılmasına mane olmaq niyyətindədir. Paşinyan bu planının icrasına elə bu gündən də başlaya bilərdi. Sadəcə oktyabrda İrəvanda keçiriləcək beynəlxalq “Frankofoniya” sammiti onun yolunu kəsir”, – deyə “Jamanak”a məlumat ötürən mənbə vurğulayıb.



Paşinyan BU TARİXDƏ istefa verəcək
SON DƏQİQƏ: Paşinyan 2 saat sonra İSTEFA VERƏCƏK
Paşinyan QƏRAR VERDİ: Ermənistanda növbədənkənar seçkilər keçiriləcək
Ermənistanın baş naziri istefa verəcək
Paşinyan İSTEFA VERDİ - YENİLƏNİB
Ona istefa verməyi qadağan etmişəm - Paşinyan
Paşinyan istefa verib?
Paşinyan nə zaman istefa verir?
Paşinyan: İstefa verməyə hazıram!
Paşinyan BU TARİXDƏ istefa verəcək
Paşinyan istefa verməyə hazırlaşır?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 