“Şimali Suriyaya Amerikadan gələn silahlar, bombalar və sursatlar haqqında nə qədər bilirsiniz? Burada 18 mindən çox TIR və təxminən 3000 yük təyyarəsi ilə silah-sursat gəlib”.
ONN media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türk-Amerika İş Şurası (TAİK) tərəfindən təşkil edilən 9-cu Türkiyə İnvestisiya Konfransında danışıb.
Silah-sursatın PYD/YPG terror təşkilatına gəldiyini deyən Türkiyə prezidenti ABŞ-ın Suriyada 22 hərbi bazasının olduğunu deyib.
“Bəs bunlar kimə qarşı istifadə olunur? Buradakı terror dəhlizinin o tərəfində kim var? Türkiyə var. Rusiya burada deyil, İran burada deyil. Bu sözləri söyləyərkən, bizə qarşı fərqli davranırlar. Amma bunları söyləmək məcburiyyətindəyik. Əgər söyləməsək, haqsızlıq qarşısında susan dilsiz şeytandır”, - Ərdoğan qeyd edib.



Ərdoğan ABŞ-a səfər edəcək?
Ərdoğan ELAN ETDİ: Türk ordusu hərəkətə keçir
“Bunları Tillersona dedim, səs çıxmadı” - Ərdoğan
Ərdoğandan PKK-nın bazaya hücum etməsinə CAVAB
Ərdoğan: "ABŞ-ın Suriyada terrorçulara verdiyi silahlar Türkiyəyə qarşı istifadə olunur"
Ərdoğandan PKK məsələsində ABŞ-a SƏRT TƏNQİD
Türkiyə məqsədlərinə çatmağa qadir ölkədir- Ərdoğan
Ərdoğan Putinlə görüşəcək
Ərdoğan: Türkiyə Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir
Ərdoğan: Baydenlə əlaqələrimiz yaxşı deyil!
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 