ONN İnformasiya Agentliyi

Əhaliyə yarım milyard dollar paylanacaq- ŞOK

Əhaliyə yarım milyard dollar paylanacaq- ŞOK
29-09-2018, 19:30


Sinqapur hökuməti öz vətəndaşlarına 511 milyon dollar ödəyəcək.

ONN media Axar-a istinadla xəbər verir ki, bu barədə Sinqapur Maliyyə Nazirliyi məlumat yayıb.

Hökumət pulu Sinqapur vətəndaşlarının ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfə üçün mükafat olaraq verir. Vəsait Sinqapurun yetkinlik yaşını keçmiş 2,8 milyon vətəndaşı arasında bölünəcək.

Mükafatın miqdarı 2017-ci ildə onların əldə etdiyi gəlirin miqdarından asılı olacaq. Bunun üçün əhali 3 qrupa bölünəcək. Keçən il gəliri 20,4 min dolları keçməyən vətəndaşlar birinci qrupa daxil ediləcək və 219 dollar alacaq. Gəliri 73,1 min dolları keçməyən şəxslərə verilən mükafat isə 146,5 dollar olacaq. Üçüncü qrupa daxil olanlar və gəliri 74 min dollardan çox olanlara isə cəmi 73 dollar mükafat təqdim ediləcək.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png